Azərbaycancaaz
Mir.az » Resept » Dadından Doymaq Olmaz : Sobada Badımcan Kababı Resepti

Dadından Doymaq Olmaz : Sobada Badımcan Kababı Resepti

244
asan resept,asan yemək resept,sadə resept
450 calories, 4 grams fat
Dadından Doymaq Olmaz : Sobada Badımcan Kababı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Badımcanlar halqa şəklində doğranılsın ,ədviyyatlı və sarımsaqlı kotletlər hazırlansın. Pomidor və bibər yuyulub doğransın və bir küncdə öz növbəsini gözləsinlər. Çünki bu gün dadlı bir resept üçün sizi mir.az saytına dəvət edirik.
Bəli, düz təxmin etdiniz, badımcan kababı hazırlayırıq. Badımcanları sobada bir müddət bişirdikdən sonra aralarına kotletləri qoyub ,üzərinə pomidoru, bibəri düzüb, sobada nar kimi qəhvəyi rəng alana qədər bişirin və ləzzətlə yeyirin.

*Badımcanların acı dadını çıxarmaq üçün onları duzlu suda 10 dəqiqə saxlayıb sonra istifadə edin.
*Acını sevirsizsə, yaşıl bibərlərinizi , qırmızı toz bibərinizi acı bibər kimi istifadə edə bilərsiniz.
*Bişirməzdən əvvəl 4-5 parça kərə yağı əlavə edərək yeməyinizi ləzzətləndirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

50 dəqiqə

Tərkibi:

500 qram qiymə
2 ədəd orta ölçü soğan
1/2 dəstə cəfəri
2 diş sarımsaq
2 dilim köhnə çörək
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı kimyon
3 ədəd badımcan
3 ədəd pomidorlar

Üzəri üçün:
1 xörək qaşığı tomat pastası
1 stəkan isti su
1 ədəd sürtkəcdən keçirilmiş pomidor
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
2 ədəd yaşıl bibər
1 diş əzilmiş sarımsaq

Hazırlanma qaydası:

Böyük bir qabda 500 qram qiymənin üzərinə 2 ədəd sürkəcdən keçirilmiş soğan,yarım dəstə cəfəri,2 diş əzilmiş sarımsaq, 1 stəkan çörək qırıntıları və hər birindən 1 çay qaşığı duz, acı bibər, kimyon və qara bibər əlavə edib yoğurun.
Yoğurduqdan sonra yumurta böyüklüyündə kotletlər edin. Kotletləri iki barmaq qalınlığında doğradığınız badımcanla birlikdə sıra ilə düzüb soba qabına qoyun və boş yerləri pomidor ilə doldurun.
Sous üçün 1 xörək qaşığı tomat pastasını 1 stəkan qaynar su ilə ayrı qabda qarışdırın. 1 ədəd sürtkəcdən keçilmiş pomidor, hərəsindən 1 çay qaşığı duz, qara bibər və ən sonda 2 ədəd doğranmış yaşıl bibər və 1 diş əzilmiş sarımsağı əlavə edib yenidən qarışdırın.
Badımcan və kotletlərin üzərinə sousu və 1 stəkan suyu töküb 50-60 dəqiqə 200 dərəcə isidilmiş sobada bişirin.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz