Azərbaycancaaz
Mir.az » Resept » 15 Dəqiqədə Hazır Olan Börək Dadında Kartoflu Omlet Resepti

15 Dəqiqədə Hazır Olan Börək Dadında Kartoflu Omlet Resepti

53
asan resept,asan yemək resept,sadə resept
210 calories, 2 grams fat
15 Dəqiqədə Hazır Olan Börək Dadında Kartoflu Omlet Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Səhər yeməyi resepti.
Mətbəxə yeni başlayanların belə asanlıqla edə biləcəyi gözəl bir ideya. Soyuducudakı yumurtalar masaya gəlsin. Bir az pendir və bir az kartof əlavə edin. İndiyə qədər yediyiniz ən yaxşı omletlərdən birini hazırlayın. Üstəlik, bu omlet xəmirə bənzəyir və yeməkdən doymaq olmur. Görünüşü ilə iştahaaçan və hər kəsin daha bir dilim istəyəcəyi tort kimi dadlı kartof omleti.

Kartofdan həm qaynadılmış, həm də qaynadılmamış istifadə edə bilərsiniz. Onu qaynadılmamış istifadə etmək istəyirsinizsə, sürtkəcdən keçirtdikdən sonra suyunu sıxln. İstəsəniz içliyə holland pendiri də əlavə edə bilərsiniz

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

  • 4 ədəd yumurta
  • 1/2 stəkan süd
  • 1 kasa pendir
  • 2 ədəd kartof
  • 1.5 stəkan un
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qırmızı bibər tozu

Hazırlanma qaydası:

Kartofun birini sürtkəcdən keçirib digərini böyük doğrayın.
Sürtkəcdən keçirilmiş kartofun üzərinə yumurtaları sındırıb yaxşıca çalın. Süd,ədviyyat,pendir və unu əlavə edin.
Tavanı kərə yağı ilə yaxşıca yağlayın. Dibinə iri doğranmış kartof düzüb üzərinə hazırlanan məhlulu töküb ocağın üstünə qoyun.
Qapağı örtüb 5 dəqiqə bişirin. Qapağın köməyi ilə omletinizin ters çevirib tavanızı yenidən yağlayın.
Omleti qapağın üstündən yenidən tavaya sürüşdürün və qapağı bağlı halda 5 dəqiqə bişirin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz