Azərbaycancaaz
Mir.az » Resept » Hazırlaya Biləcəyimiz Ən Asan Börək: Hazır Xəmirdən Börək Resepti

Hazırlaya Biləcəyimiz Ən Asan Börək: Hazır Xəmirdən Börək Resepti

1 336
asan resept,asan yemək resept,sadə resept
6 ədəd25 calories, 6 ədəd grams fat
Hazırlaya Biləcəyimiz Ən Asan Börək: Hazır Xəmirdən Börək Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Xəmir reseptləri dedikdə, hamımızın ağlına müxtəlif növ dadlı reseptlər gəlir. Lakin vaxt darlığı səbəbindən evdə xəmir edib açmağa vaxtımız yoxdur.Bu zaman köməyə hazır xəmirlər çatır. Mətbəxə ilk dəfə girənlərin belə asanlıqla hazırlaya biləcəyi bu reseptlə ən dadlı xəmirlərdən birini hazırlayacaqsız. Mir.az asan hazırlanan və ləzzətli dadı ilə qurumadan bişən hazır xəmirdən börək reseptini təqdim edirik!
İstəyirsinizsə, bu reseptin içliyini başqa cür də hazırlaya bilərsiniz.Pendiri sevməyənlər onu tərəvəz, qiymə, kartof, ispanaq və balqabaq kimi müxtəlif içliklərlə hazırlaya bilər.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 ədəd nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 3 ədəd yağlı xəmir

  • Sous üçün:
  • 1 ədəd yumurta
  • 1/2 stəkan maye yağ
  • 2 xörək qaşığı qatıq
  • 1/2 stəkan süd
  • 1 çay qaşığı duz

  • İçlik üçün:
  • 250 qram pendir
  • 1/2 dəstə cəfəri

Hazırlanma qaydası:

Sous üçün lazım olan inqrediyentləri yaxşıca çırpın. İçlik üçün bir qabda xırda doğranmış cəfəri və pendiri qarışdırın.
Xəmiri dəzgahın üstünə sərib hər tərəfinə sous çəkin.İçinə içlikdən yayıb rulon kimi bükün.
Bütün yağlı xəmirlər üçün eyni prosesi təkrarlayın. Ümumilikdə 6 uzun rulon olacaq.
Bükdüyünüz rulon xəmirlərə istədiyiniz formanı verib üzərinə qalan sousdan çəkin.Əgər sous qalmayıbsa, yumurta sarısı və ya yağ çəkə bilərsiniz.
Əvvəlcədən isidilmiş 190 dərəcə sobada 28-30 dəqiqə nəzarət altında bişirin.
Sobadan çıxardıqdan sonra dilimləyib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz