Azərbaycancaaz
Mir.az » Resept » Sobada Holland Pendirli Badımcan Yeməyi Resepti

Sobada Holland Pendirli Badımcan Yeməyi Resepti

50
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Sobada Holland Pendirli Badımcan Yeməyi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Badımcanı birdə bu cür hazırlayın. İsti halda yemək gözəl olsa da, soyuq halda da yeyə bilərsiz. Pomidor sousu və sarımsaq əlavə edilmiş badımcan yeməyinə evdə heç kəs yox deyə bilməyəcək. Üzərinə əlavə olunmuş holland pendiri yeməyi daha da zənginləşdirəcək. Badımcanı sevməyən belə , bu yeməkdən sonra hər zaman istəyəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 8 ədəd badımcan
  • 200 qram holland pendiri
  • 3 ədəd pomidor
  • 2 diş sarımsaq
  • 1 çimdik qara istiot
  • 1 çay qaşığı duz
  • 1/2 dəstə cəfəri

  • Qızartmaq:
  • 1 stəkan duru yağ

Hazırlanma qaydası:

Tavaya yağ tökün.
Badımcanların qabığını ala -ala soyub dörd bərabər hissəyə ( uzununa) bölün.
Badımcanların qalınlığında holland pendirini doğrayın.
Badımcanları qızardıb artıq yağını süzsün deyə saletin üzərinə qoyun.
Sobanı 175 dərəcəyə qoyub əvvəlcədən qızdırın.
Pomidorların qabığını soyub sürtkəcdən keçirin.
Tavada pomidor və sarımsağı bişirib sous hazırlayın.
Sous qaynamağa başlayanda ədviyyatları əlavə edib qazı söndürün.
Qızardılmış badımcanlarınızı soba qabına yan-yana düzün və üzərinə holland pendirini qoyun. Bu prosesi badımcanlar bitənə qədər təkrarlayın.
Badımcanın son qatını qoyduqdan sonra bişdiyiniz pomidor sousunu qaşıqla badımcanların ortasına tökün.
Holland pendiri əriyənə qədər sobada bişirin.
Pendir əriyəndə onu sobadan çıxarıb cəfəri və sürtkəcdən keçirilmiş pendirlə bəzəyib süfrəyə verin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz