Azərbaycancaaz
Mir.az » Resept » Fərqli Dadda , Soyuducuda Günlərlə Saxlaya Biləcəyiniz Qatıqlı Börək Resepti

Fərqli Dadda , Soyuducuda Günlərlə Saxlaya Biləcəyiniz Qatıqlı Börək Resepti

93
asan resept,asan yemək resept,sadə resept
6420 calories, 64 grams fat
Fərqli Dadda , Soyuducuda Günlərlə Saxlaya Biləcəyiniz Qatıqlı Börək Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Hazır olun sizin göz bəbəyiniz olacaq gözəl resept gəlir.Üstəlik, bu ölçüdə bolca çıxır və doya -doya yeyə biləcəksiz. İçində pendir olmasa da ,pendirlə olacaq qədər bir ləzzəti olur. Xırtıldayan bir dadı sabibdir. Əmin olun ki,hamı təkidlə bu resepti sizdən istəyəcək.

Hazırlanması çox asandır, çox az tərkibli və dadlıdır.
Bütün süfrələrinizdə olmasını arzulayacağınız və kaş həmişə mətbəxdə olsa da yeyək deyəcəyiniz ,istədiyiniz çox dadlı börəkdir. Qatlı olduğu üçün kruasanı xatırladır. Siz də çox hazırlayıb soyuducuya atıb qəfil qonaqlar üçün dərhal bişirə bilərsiniz. Bu resept sevimli dadlarınızdan birinə çevriləcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

64 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

6 ədəd yağlı xəmir
300 qram kərə yağı
1/2 stəkan duru yağ
3 stəkan qatıq

Yuxarıdakılar üçün:
2 ədəd yumurta sarısı
4 xörək qaşığı küncüt

Hazırlanma qaydası:

Kərə yağını əridib duru yağla qarışdırın.
Qatığı mayonez halına gələnə qədər çalın. Lazım gələrsə bir az su əlavə edin və yenidən çalın.
Yağlı xəmirdən birini masaya yayıb hər tərəfini fırça ilə yağlayın.Qatıqdan təxminən 3 qaşıq götürüb fırça ilə hər tərəfə sürtün.
Üstünə ikinci və üçüncü yağlı xəmiri yayıb eyni şeyi təkrarlayın. Daha sonra xəmiri ikiyə, sonra dördə, sonra hər parçanı 8 üçbucaqlı hissəyə kəsin (böyük
börək istəsəniz daha az hissəyə kəsə bilərsiz ) Geniş kənarından axıra kimi rulon kimi bükün. Digər 3 ədəd yağlı xəmiri də bu şəkildə hazırlayın.64 ədəd qatıqlı börəklər alınacaq.
Onları yağlı kağızla sərilmiş soba qabına qoyun, üzərinə yumurta sarısı çəkin və küncüt səpin. Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 20 dəqiqə üzəri qızılı rəng alana qədər bişirin.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz