Zarafat Deyil : Paxlava Xəmirindən Börək Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Börək resepti.
Paketlərdə satılan o nazik açılan, hazır paxlava xəmirindən ancaq asan və yalancı paxlava hazırlandığını düşünürdünüz elə deyilmi? İstəyən o xəmirlərdən hətta su börəyi də hazırlaya bilər, amma keçək paxlavalı xəmir reseptinə.
Əvvəlcə yağlı xəmiri alırsınız. Bu xəmir əksər supermarketlərdə mövcuddur. Onları cırmadan bir-bir açırsız. İçliyiniz ağ pendir və holland pendiridir. Yumurta ilə yumşaldın və istəsəniz cəfəri də əlavə edə bilərsiniz.
Xəmirlər ehtiyatla açılır , yağlanır və içlik əlavə olunaraq rulon şəklində bükülür. Dilimlənərək sobaya qoyulur və bişdikdən sonra çayla bərabər süfrəyə verilir.

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
1 paket paxlavalıq yağlı xəmir1 stəkan qatıq
1/2 stəkan süd
1/3 stəkan bitki yağ
2 ədəd yumurta ağı
İçi üçün:
1 kasa pendir
1/2 dəstə incə doğranmış cəfəri
Hazırlanma qaydası:
Sous üçün bir qaba qatıq, süd, yağ və yumurta ağını töküb yaxşıca çalın.
Dəzgahın üstünə 2 ədəd yağlı xəmiri açıb üst-üstə qoyun və fırça ilə üzərinə sousu yayın.
Sous sürtdüyünüz xəmirin üstünə yenidən 2 ədəd xəmir qoyub eyni əməliyyatı təkrarlayın.
Daha 2 ədəd xəmir qoyub eyni əməliyyatı təkrar etdikdən sonra (6 ədəd yağlı xəmir olur və 2 xəmirindən bir sous olur) uzun tərəfinə pendir məhlulu yayıb , rulon şəklində bükün və soba nimçəsinə qoyun.
Rulon şəklində nimçəyə qoyduğunuz xəmiri 4 və 5 hissəyə kəsin və qalan sousa 2 yumurta sarısı əlavə edib nimçədəki xəmirlərin üstünə çəkin. Üzərinə qara zirə və ya küncüt toxumu və ya hər ikisindən səpib əvvəlcədən isidilmiş 190 dərəcə sobada üstü və altı qızarana qədər təxminən 40 dəqiqə bişirin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz