Türkiyə Mətbəxindən Məşhur İçli Köftə Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Xüsusilə,Türkiyənin Antep, Adana, Malatya və Maraş bölgələrinə tanış olan içli köftə dadı, ədviyyatı və ləzzəti ilə insanı bu bölgələrə köçməyə, oradakılarla yaxın dostluq etməyə, hətta evlənməyə də səbəb ola bilər.
İstəsəniz suda qaynadıb sarımsaqlı qatıqla süfrəyə verə bilərsiniz, istərsəniz də qızarda bilərsiz. Narahat olmayın, içli köftə hazırlamaq üçün bir az çeviklik və bir neçə əsas inqrediyent kifayətdir.
Xüsusilə evdə içliyi hazırlamaqda çətinlik çəkənlər üçün resept mərhələ-mərhələ mir.az saytında verilib. Ət yeməyi sevməsəniz belə, yox deməkdə çətinlik çəkəcəyiniz içli köftə hər saat üçün ideal seçimdir.

NEÇƏ NƏFƏR ÜÇÜN
15 nəfərlikHAZIRLIQ VAXTI
45 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
Kənarı üçün :2,5 stəkan incə bulqur
1.5 stəkan mannı
4.5 isti su
1 stəkan un
1.5 xörək qaşığı tomat-bibər pastası
2 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
İçlik üçün:
3 xörək qaşığı duru yağ
450 qram orta yağlı mal əti
3 ədəd soğan
2 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1.5 stəkan iri doğranmış qoz
Qızartmaq:
2 stəkan duru yağ
Hazırlanma qaydası:
içlik hazırlamaq üçün tavaya yağı töküb üzərinə doğranmış soğan və mal ətini əlavə edib qizardın.
Üzərinə duz, istiot və qoz ləpəsi əlavə edib içliyin soyuması üçün kənarda saxlayın.
Kənarını hazırlamaq üçün incə bulqur və mannını dərin bir qaba töküb üzərinə qaynar su əlavə edin və bulqur şişənə qədər 10 dəqiqə gözləyin.
Bulqur və mannı qarışığına tomat pastası, duz və istiot qarışdırıldıqdan sonra unu da əlavə edib xəmir halına gələnə qədər yoğurun.
Hazırladığınız məhlulu ovcunuzun içi qədər götürüb əllərinizi isladın və kənarlarını barmaqlarınızla hamarlayıb ortasında oyuq açın.
Əvvəlcədən hazırladığınız və soyutduğunuz içliyi götürərək köftələri doldurub kənarlarını bağlayın.Kənarlarını bağladıqdan sonra barmaqlarınızla basın ki ucları sivri olsun.
Tavada günəbaxan yağını qızdırın. Hazırladığınız içli köftələri yağda hər iki tərəfi qızılı rəng alana qədər qızardıb isti halda servis edin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz