Azərbaycancaaz
Mir.az » Resept » Üç İnqrediyentli Şəkərsiz Pəhriz Peçenyesi Resepti

Üç İnqrediyentli Şəkərsiz Pəhriz Peçenyesi Resepti

436
asan resept,asan yemək resept,sadə resept
48 calories, 4 grams fat
Üç İnqrediyentli Şəkərsiz Pəhriz Peçenyesi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirnıyyat resepti.
Pəhrizlərin bəlkə də ən zəhlətökən cəhəti onların adının “pəhriz” olması və gündəlik həyatın “pəhriz” kimi formalaşmasıdır. Bütün bunları və bu mənfi motivasiyaları bir kənara qoysaq, əslində bütün bu aşağı kalorili həyatı sağlam yaşamaq damı altında özümüzə daha da yaxınlaşdıra bilərik.
Bu mərhələdə çantanızda vazkeçilməz olan qəlyanaltılarınızı evdə hazırlamaq, fikrimizcə, bu həyatın ən yaxşı motivasiyalarından biridir. Gəlin özümüzə dadlı qəlyanaltı hazırlayaq, üstəlik, un və şəkər əlavə etməyək. Hətta peçenye üçün əvəzolunmaz olan qabartma tozunu belə aradan qaldırdıq, belə olduqda üç ağ inqrediyent olmayan peçenye var ( un, şəkər,qabartama tozu).

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

8 dəqiqə

Tərkibi:

140 qram fındıq unu
1.5 xörək qaşığı bal
1 ədəd böyük yetişmiş banan
1.5 xörək qaşığı kakao (istəyə görə əlavə edilə bilər)

Hazırlanma qaydası:

Sobanı 165 dərəcə qızdırın.Çəngəlin köməyi ilə bananı çox sulandırmadan əzin və püre halına gətirin.
Yavaş-yavaş fındıq ununu əlavə edib taxta qaşıq ilə qarışdırın.Bal əlavə edib xəmir halına gələndə kakaonu əlavə edib yoğurun.Peçenye xəmirinin ələ yapışmamasına diqqət edin. Əgər ələ çox yapışıb forma almırsa,fındıq unu əlavə edə bilərsiniz.
Soba qabına yağlı kağız sərib xəmirdən qoz böyüklüyündə parçalar götürüb yumrulayıb soba qabına qoyun. Barmaq ucu ilə yüngülcə basaraq yastılayın. Yastıladığınız peçenyelərdən 2-3 sm kiçik bir qapaq götürüb peçenyenin ortasına yüngülcə basın.
7-8 dəqiqə bişirin. Peçenyelərin atlının bişdiyini yoxlayın. Sobadan çıxardığınız an bir az yumşaq olsa da zamanla sərtləşəcəkdir. Sobadan çıxarıb soyuduqdan. sonra süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN ?

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz