Azərbaycancaaz
Mir.az » Resept » Asan Hazırlanan Sirkəli Duzlu Peçenye Resepti

Asan Hazırlanan Sirkəli Duzlu Peçenye Resepti

350
asan resept,asan yemək resept,sadə resept
1015 calories, 10 grams fat
Asan Hazırlanan Sirkəli Duzlu Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Şirniyyat evlərindən aldığınız peçenyelərin xırtıldayan olmasının ən böyük sirri içində sirkə olmasıdır.
Mətbəxinizdə tez-tez istifadə etdiyiniz sirkə bu dəfə sizin peçenye xəmirinizdə olacaq.Çayınızın yanına yaraşacaq bu xırtıldayan peçenyeni çox sevəcəksiniz.Çörək otu və yumurta sarısı ilə qızardılmış ləzzətli xarici görünüşü onu sevmək üçün bir səbəbdir. Siz də sevdiklərinizə çayın yanına bu dadlı duzlu peçenyelərdən hazırlayın.

Peçenyeləri bişirməzdən əvvəl sobanın isti olduğundan əmin olun.Tam isidilməmiş sobada bişirsəniz,xırtıldayan bir peçenye əldə etməyəcəksiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 250 qram otaq temperaturunda kərə yağı
  • 3 - 4 stəkan un
  • 1 stəkan duru yağ
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı sirkə
  • 1 çay qaşığı duz
  • 1.5 çay qaşığı şəkər tozu
  • 1 paket qabartma tozu

  • Üzəri üçün:
  • 1 ədəd yumurta ağı
  • 50 qram çörək otu ( və ya küncüt )

Hazırlanma qaydası:

Otaq temperaturundakı 250 qram kərə yağı,1/2 stəkanı duru yağı və 2 yumurtanı qaba əlavə edib əlinizlə qarışdırın.
Bu qarışığa 2 xörək qaşığı sirkə, 1 çay qaşığı duz, 1,5 çay qaşığı şəkər tozu və 1 paket qabartma tozu əlavə edib qarışdırmağa davam edin.
Sonra 3 stəkan unu az-az əlavə edib ələ yapışmayan xəmir alınana qədər yoğurun.
Xəmirdən qoz böyüklüyündə parçalar götürüb nazik rulon halına gətirin. Bıçaqla 4 barmaq eninə qədər kəsib üzərinə yumurta ağı və qara zirə toxumu səpib soba qabına qoyun.
Sobada 180 dərəcədə 10-12 dəqiqə qızılı rəng alana qədər bişirin.Sobadan çıxarıb soyumağa qoyun.Soyuduqdan sonra servis edə bilərsiz.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz