Kartoflu Siqaret Börəyi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Börək resepti.
Cəmiyyət olaraq hər cür xəmir xörəklərini , qəlyanaltılarını sevirik. Börək deyəndə ağıla ilk gələn siqaret börəyi olur. Siqaret börəyini müxtəlif tərəvəzlərlə , qiymə ilə edə bilərsiz.
Bu reseptdə qaynadılmış kartofu soğanla qovurub onlara dad veririk və ədviyyatlarla son toxunuşu edirik.Çox hazırlayıb soyuducu torbasına qoyub birdən qonaq gələndə hazırlaya bilərsiz.
İstəsəniz üzərinə yumurta sarısı çəkib 180 dərəcədə sobada 15 dəqiqə bişirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
4 ədəd kartof1 çay qaşığı duz
1 çay qaşığı acı qırmızı bibər tozu
1 ədəd soğan
1 çay qaşığı kərə yağı
3 ədəd yağlı xəmir
4 xörək qaşığı duru yağ ( qızartmaq üçün)
Hazırlanma qaydası:
Kartofun qabığını soyub qaynadın.
Soğanı kub şəklində doğrayıb kərə yağında kartoflar bişdikdən sonra birlikdə qızardın. Duz, istiot və bibər tozu əlavə edib taxta qaşıqla yaxşıca qarışdırın.
Yağlı xəmiri yarıya bölüb 8 bərabər üçbucaqlı hissələrə bölün.
Üçbucağın böyük tərəfinə kartof əzməsi qoyub bükün. Ucunu açılmaması üçün suya batırın.
Börəkləri yaxşı qızdırılmış yağda qızardın. Qızardılmış börəkləri salfetin üzərinə qoyun ki, artıq yağını çəksin. Soyuduqdan sonra servis edə bilərsiz.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz