Azərbaycancaaz
Mir.az » Resept » Kartoflu Siqaret Börəyi Resepti

Kartoflu Siqaret Börəyi Resepti

78
asan resept,asan yemək resept,sadə resept
410 calories, 4 grams fat
Kartoflu Siqaret Börəyi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Siqaret börəyi biraz fərqli dadda. Bu reseptdə qaynadılmış kartofu soğanla qovurub onlara ləzzət qatıb ədviyyatlarla son toxunuşu edin. Çox hazırlayıb soyuducuya qoyub qonaq gəldiyi an götürüb qızarda bilərsiz. Məncə təcili anlar üçün əla seçimdir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

4 ədəd kartof
1 çay qaşığı duz
1 çay qaşığı acı bibər tozu
1 ədəd soğan
1 çay qaşığı kərə yağı
3 ədəd yağli xəmir
4 xörək qaşığı duru yağ

Hazırlanma qaydası:

Kartofun qabığını soyub qaynadın.
Soğanı kub şəklində doğrayıb kərə yağında qızardın.
Kartoflar bişdikdən sonra əzib soğanla birlikdə qızardın. Duz, istiot və acı bibər tozu əlavə edib taxta qaşıqla yaxşıca qarışdırın.
Yağlı xəmiri ortadan yarıya bölüb 8 bərabər üçbucaqlı şəklində kəsin. Üçbucağın böyük tərəfinə kartof qoyub bükün. Açılmaması üçün xəmirin ucuna su vurub bükün. 3 ədəd yağlı xəmir bitənə qədər eyni prosesi davam edin.
Börəkləri yaxşı qızdırılmış yağda qızardıb artıq yağını çəksin deyə salfetin üzərinə qoyun. Yağı çəkildikdən sonra servis edə bilərsiz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz