Azərbaycancaaz
Mir.az » Resept » Pendirli Qutab Resepti

Pendirli Qutab Resepti

103
asan resept,asan yemək resept,sadə resept
410 calories, 4 grams fat
Pendirli Qutab Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Tətilə gedəndə yol kənarında açıb bişirilən ləzzətli qutabların dadı damağımızdadır deyirsizsə , evdə hazırlamağa nə deyirsiniz? Üstəlik yol kənarında və restoranlardakı kimi dadlı olacaq.İspanaq,dağ keşnişi və kartoflu ən bəyənilənlər arasındadır. Amma bu dəfə pendir və cəfərinin mükəmməl harmoniyasının şahidi olacağınız dadlı qutabdan söhbət gedir və dadına doya bilməyəcəksiz. Ümid edirəm istənilən yemək saatında yeməyinizə dad qatacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

Xəmir üçün:
500 qram un
2 çay qaşığı duz
1 xörək qaşığı qatıq
3 xörək qaşığı duru yağ
1.5 stəkan ilıq su

Tərkibi üçün:
250 qram kəsmik pendir (istəyə görə yarım yağlı pendir)
1/2 dəstə cəfəri
1 çay qaşığı qırmızı bibər tozu

Bişirmək üçün:
1/2 stəkan duru yağ

Hazırlanma qaydası:

Bir qabda un, duz, qatıq, su və yağı qarışdırıb yoğurun. 30 dəqiqə mayalanmağa qoyun.
Mayalanmış xəmirdən mandalin boyda kündələr hazırlayıb un səpilmiş piştaxtanın üzərində yumru yayın.
Açılan xəmirin içinə fırçanın köməyi ilə yağ çəkin.
Ayrı bir qabda kəsmik pendiri, doğranmış cəfəri və bibərini qarışdırın.
Açılmış xəmirin yarısına pendirli qarışığı töküb yarım ay şəklində büküb yağlanmış tavada hər iki üzünü yağlayıb bişirin.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz