Azərbaycancaaz
Mir.az » Resept » Axtarılan Ləzzət : Bolqarıstan Mətbəxindən Poniçka Resepti

Axtarılan Ləzzət : Bolqarıstan Mətbəxindən Poniçka Resepti

170
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Axtarılan Ləzzət : Bolqarıstan Mətbəxindən  Poniçka Resepti

Yemək Haqqında:

Bolqarıstan mətbəxindən Şirniyyat resepti.
Yalnız Bolqarıstanlıların bildiyi,sevimli ləzzəti olan Poniçka (və ya ponika) resepti.
Beləliklə, Poniçka nədir? Poniçka həm şirin, həm də duzlu yeyilə bilən qızardılmış xəmir növüdür. Ona görə də həm səhər yeməyi, həm çay süfrəsi, həm də axşam yeməyində yeyilə bilər. Axşam ,səhər yeməyinə qəlyanaltı etməyi sevənlər üçün əlavə dad
olaraq da süfrənizdə yerini ala bilər. Sizdə poniçka hazırlamaq üçün mətbəxə keçid edə bilərsiz.

* Xəmiri hazırlayarkən istifadə etdiyiniz suyun xəmiri bişirəcək qədər isti olmamasına diqqət yetirin. Su nə çox soyuq, nə də çox isti olmalıdır.
* Xəmiri bişirərkən istifadə edəcəyiniz yağ qabın dibindən təxminən 3 sm yuxarıda olmalıdır. Beləliklə, şişmiş xəmir isti və bol yağda daha asan qızarıb, bişəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

45 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

500 qram un
1/2 litr su
20 qram maya
1 xörək qaşığı şəkər tozu
1 çay qaşığı duz

Qızartmaq üçün:
3 stəkan duru yağı

Servis üçün:
2 xörək qaşığı şəkər tozu
4 xörək qaşığı bal
4 xörək qaşığı mürəbbə

Hazırlanma qaydası:

Yarım litr suyu qızdırıb ardıcıl olaraq şəkər tozu, duz və təzə maya əlavə edin.
Unu yavaş-yavaş suya töküb qarışdırın.
Xəmir yumşaq olana qədər yoğurmağa başlayın.
Qulaq ucu kimi olan xəmiri 40 dəqiqə mayalanmağa qoyun.
Yağı tavaya töküb qızdırın. (qazandakı yağın hündürlüyü təxminən 3sm qədər olsun).
Mayalanan xəmiri istədiyiniz ölçüdə və ya qaşıq köməyi ilə kiçik parçalara ayırın.
İstəsəniz xəmirinizi yumru və ya simit kimi edə bilərsiniz.
Hazırladığınız xəmiri isti yağa atıb hər iki üzünü qızardın.
Qızarmış xəmiri taxta servis boşqabına qoyun. Beləliklə, xəmiriniz tərləmir və alt və üstdə xırtıldayan qalır.
Bütün xəmirləri qızartdıqdan sonra istədiyiniz kimi bəzəyin.
Poniçkanın əsas servisi pudra şəkəri,bal və ya mürəbbədir, ancaq zövqünüzə uyğun duzlu məhsullarla da servis edə bilərsiniz.
Günün istənilən vaxtı yeyilə bilən “Poniçkalarınız” evdə çox məşhur olacağından, bir dişlək alın və etdiyiniz şirniyyatla qürur duyun.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz