Türkiyə Mətbəxindən Əvəzolunmaz Dad : İmam Bayıldı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Süfrələrinizdə yüngül, asan ,lakin dadlı,ləzzətli yeməklərə üstünlük verirsizsə ,eyni yeməkləri hazırlamaqdan sıxılmısınızsa Türkiyə mətbəxindən imam bayıldı resepti sizin üçün əla seçim olacaq.
Bu resept qonaq süfrənizdə tam bir ziyafət süfrəsini xatırladacaq və qonaqlarınızın mədəsi bayram edəcək. Qarşınızda sizin vaxtınızı çox aparmayan və evdə olan inqrediyentlərlə asanlıqla hazırlaya biləcəyiniz bir yemək var.Az zəhmət, bol dad tarazlığını əldə edin və sizə təriflər deyiləcək bir yemək üçün mətbəxə keçid edin.
Qızardılmış badımcanları doldurmazdan əvvəl salfetin üzərinə qoyub artıq yağını süzsəniz, boşqabınız yağlı görünməyəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
6 ədəd badımcan1/2 stəkan duru yağ
1/2 stəkan zeytun yağı
3 ədəd soğan
3 diş sarımsaq
1 çay qaşığı şəkər tozu
3 ədəd pomidor
1 dəstə cəfəri
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
Hazırlanma qaydası:
Badımcanları yuyub , ala-ala soyub ölçüsünə uyğun olaraq 3 və ya 4-ə bölüb qızardın.
Bir çay qaşığının köməyi ilə qızarmış badımcanların içini çıxarın.
Soğanı, sarımsağı,cəfərini və pomidorları (qabığını soyub) doğrayın.
Tavanı qızdırıb zeytun yağı və duru yağ əlavə edin. Doğranmış soğanı yağa atıb qovurun. Soğanlar qovrulduqdan sonra sarımsağı əlavə edib qovurmağa davam edin.
Qovrulduqdan sonra pomidor və cəfəri əlavə edib qarışdırın. Sonda duz və istiot əlavə edib bişirməyi yekunlaşdırın.
Qızartdığınız badımcanları hazırladığınız içliklə doldurun. Soyuduqdan sonra servis edə bilərsiniz.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz