Evimizin Mətbəxindən : Səhər Yeməyi Üçün Çörək Pizza Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Xüsusilə həftə sonu səhər yeməyi üçün əla seçim olacaq super resept var, üstəlik evdə bayat çörək varsa. Asan səhər yeməyi üçün çörək pizzaları həm hazırlamaq asandır ,həm də çox dadlıdır. Evdə bayat çörək və gündəlik inqrediyentlərlə asanlıqla hazırlaya biləcəyiniz bu ləzzətli resept o qədər yumşaqdır ki, bütün nimçəni asanlıqla yeyə bilərsiniz. Mir.az bayat çörəkdən pizza reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
12 dilim çörəkSous üçün:
2 ədəd yumurta
1/2 stəkan süd
2 xörək qaşığı qatıq
1 xörək qaşığı un
1 çay qaşığı duz
3 xörək qaşığı zeytun yağı
Üzəri üçün:
70 qram kolbasa
1 stəkan holland pendiri ( sürtgəcdən keçilmiş )
1 ədəd qırmızı bibər
2 ədəd yaşıl bibər
Hazırlanma qaydası:
Dərin bir qabda sous üçün inqrediyentləri qarışdırıb çırpın.
Çörəklərini hər iki tərəfini sousa batırıb yağlı kağızla örtülmüş soba nimçəsinə düzün.
Üzəri üçün lazım olan sürtgəcdən keçilmiş holland pendiri,doğranmış kolbasa, doğranmış qırmızı bibər və yaşıl bibəri bir qabda qarışdırıb çörəklərin üzərinə yayın.
Əvvəlcədən isidilmiş 200 dərəcə sobada üstü qızarana qədər təxminən 15 dəqiqə bişirin və isti halda servis edin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz