Azərbaycancaaz
Mir.az » Resept » Süfrələrin Sevimlisi Olacaq : Türkiyə Mətbəxindən Melanzane Resepti

Süfrələrin Sevimlisi Olacaq : Türkiyə Mətbəxindən Melanzane Resepti

211
asan resept,asan yemək resept,sadə resept
540 calories, 5 grams fat
Süfrələrin Sevimlisi Olacaq : Türkiyə Mətbəxindən Melanzane Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bu reseptdə kəklikotu və sarımsaq ilə hazırlanan pomidorlu ləzzətli sous aparıcı rol oynayır. Qızardılmış badımcan üçün ən uyğun inqrediyentlərdən biri olan holland pendiri də bu reseptdə mütləqdir. Hazırlanması biraz çətin olsa da, ortaya çıxan ləzzət sadəcə əfsanədir (Orijinal resept İtalyan mətbəxinə aiddir).
İstəyirsinizsə, müxtəlif pendirlər də əlavə edə bilərsiniz. Siz həmçinin balqabaq, kartof və bibəri qızardıb bu reseptə əlavə edə bilərsiniz. Bu yemək hər bir edviyyat və tərəvəzlə dadlıdır.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

3 ədəd badımcan

Qızartmaq üçün:
1 stəkan duru yağ

Sous üçün:
2 xörək qaşığı zeytun yağı
1 ədəd soğan
3 diş sarımsaq
2 ədəd pomidor (konservləşdirilmiş pomidor sousu da ola bilər)
1 çay qaşığı kəklikotu
1 çay qaşığı qara istiot
1 çay qaşığı duz
1 çay qaşığı şəkər tozu
1/2 stəkan isti su

Arası üçün:
300 qram sürtgəcdən keçirilmiş holland pendiri

Hazırlanma qaydası:

Badımcanları yaxşıca yuyub ala-ala soyub orta qalınlıqda yumru doğrayın. Duru yağı tavaya töküb qızdırın. Badımcanları yağda qızardıb kağız salfetin üzərinə qoyun.
Sousu hazırlamaq üçün soğanı zeytun yağında qızardın. Rəndələnmiş sarımsağı əlavə edib bir az daha qızartmağa davam edin.
Üzərinə sürtgəcdən keçirilmiş pomidor və ya pomidor sousunu əlavə edib bişirin.Daha sonra içinə kəklikotu ,duz, istiot və şəkər tozu əlavə edib bişirin və sousunuzu blenderdən keçirdin.
Şüşə qaba ( borcam) və ya soba qabına bir çömçə pomidor sousu töküb qabın dibinə yaxşıca yayın. Üzərinə qızardılmış badımcanları düzüb ardı ilə sürtgəcdən keçirilmiş holland pendirini səpib pomidor sousu çiləyin.
Bu cür inqrediyentlər bitənə qədər hər təbəqə üçün eyni şeyi edin.
Üst qata pomidor sousunu yaydıqdan sonra üzərinə sürtgəcdən keçirilmiş holland pendirini əlavə edib əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 25 dəqiqə bişirin.
Yeməyi isti şəkildə sərvis edin.


NUŞ OLSUN ?

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz