Azərbaycancaaz
Mir.az » Resept » Çox Asan Bir Dolma : Zeytun Yağlı Bibər Dolması Resepti

Çox Asan Bir Dolma : Zeytun Yağlı Bibər Dolması Resepti

544
asan resept,asan yemək resept,sadə resept
640 calories, 6 grams fat
Çox Asan Bir Dolma : Zeytun Yağlı Bibər Dolması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Sevimli ev yeməklərindən biri zeytun yağlı bibər dolmasıdır. Bu dəfə ətli bibər dolması yerinə zeytun yağı ilə hazırlanmış vegan və vegetarian pəhrizlər üçün çox uyğun yemək təqdim edirik.
Əminəm ki, əgər pəhrizdəsinizsə , çox bəynəcəksiz.

*Bu resept üçün istifadə olunan su stəkanı 200 mililitr, çay stəkanı isə 125 mililitrdir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 1 kiloqram yaşıl bibər (12 ədəd)

  • İçlik üçün:
  • 1 ədəd soğan
  • 1/2 çay stəkanı zeytun yağı
  • 1 yemək qaşığı tomat pastası
  • 1 çay qaşığı bibər pastası
  • 1 ədəd rəndələnmiş pomidor
  • 2 stəkan düyü
  • 1.5 desert qaşığı duz
  • 1 çay qaşığı acı bibər tozu
  • 1 çay qaşığı nanə
  • 2 stəkan isti su

  • Sous üçün:
  • 1 desert qaşığı tomat pastası
  • 1 çay qaşığı duz
  • 3 stəkan isti su
  • 2 xörək qaşığı zeytun yağı

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün tavaya yarım çay stəkan zeytun yağı və doğranmış soğanı və sarımsağı əlavə edib 5 dəqiqə qızardın.
Ardı ilə rəndələnmiş pomidorları, düyü və ədviyyatları əlavə edin.
Sonda su əlavə edin. Və suyu çəkilənə qədər aşağı istilikdə bişirin. İçlik hazır olduqdan sonra kənara soyumağa qoyun.
Bibərləri təmizləyib yuyun.İçlik ilə doldurub qazana qoyun.
Sous üçün 1 çay qaşığı tomat pastası, 1 çay qaşığı duz, 3 stəkan su qarışdırılıb üzərinə tökülür. Bibərlərin üzərinə 2 xörək qaşığı zeytun yağı gəzdirin. Sonra qapağı bağlı olaraq 35 dəqiqə bişirin.


NUŞ OLSUN?



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz