Azərbaycancaaz
Mir.az » Resept » Badımcan qədər dadlıdır: Bibər dolması resepti

Badımcan qədər dadlıdır: Bibər dolması resepti

42
asan resept,asan yemək resept,sadə resept
630 calories, 6 grams fat
Badımcan qədər dadlıdır: Bibər dolması resepti

Yemək Haqqında:

Azerbaycan mətbəxindən Dolma resepti.
Bir çox tərəvəzlərdən dolma hazırlanır. Kartofdan, yumurtadan, bibərdən və gavalıdan. Dolmaların dadı çox möhtəşəm olur, xüsusilə də qurudulmuş tərəvəzlərlə hazırlananlar. Zeytun yağı və ya qiymə ilə də çox sayda dolma növü hazırlanır. İçinə qoyulan ədviyyatlar və souslar dolmanın dadına fərqli rənglər qatır. Bu dəfə bibər dolmasının reseptini paylaşacağıq.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

160 qram qoyun əti
Quyruq yağı
200 qram yaşıl bibər
15 qram yumru düyü
20 qram quru baş soğan
20 qram mayeyağ
50 qram qatıq
əzilmiş istiot
əzilmiş darçın
duz

Hazırlanma qaydası:

Dolma hazırlamaq üçün əvvəlcə yaşıl bibərlər yuyulur. Yuyulduqdan sonra yaşıl bibərlərin baş hissəsindən kəsilir və içərisindəki çiyid və özəyi çıxardılıb təmizlənir.
Qoyun əti, quyruq yağı və soğan ətçəkən maşından keçirilib yağlı və soğanlı qiymə əldə edilir.
Düyü yumşalması üçün biraz qaynadılır.
Qiymə hazır olduqdan sonra buraya istiot, duz və əvvəlcədən qaynadılıb hazırlanmış düyü əlavə edilir. Qiymə qarışığı möhkəmcv qarışdırılır.
İçlik üçün hazırladığımız qiymə içərisi təmizlənmiş bibərlərin içərisinə doldurulur. Daha əvvəl kəsdiyimiz bibərlərin baş hissəsi, qapaq kimi kəsik bibərlərin üzərinə qoyulur.
İçi doldurulan bibər dolması daha sonra bir az qızardılır. Qızardıldıqdan sonra üzərinə əvvvlcədən ət və sümük qaynadılaraq əldə edilən az miqdarda ət bulyonu əlavə edilir. Qazanın qabağı örtülür və bibər dolması burada vam odda öz buğunda yavaş – yavaş bişir.
Qeyd: Bibər dolması süfrəyə verilərkən üzərinə qatıq əlavə etmək olar.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz