Azərbaycancaaz
Mir.az » Resept » Bibəri Sevdirən Ləzzət: Türkiyə Mətbəxindən Bibər Dolması Resepti

Bibəri Sevdirən Ləzzət: Türkiyə Mətbəxindən Bibər Dolması Resepti

120
asan resept,asan yemək resept,sadə resept
830 calories, 8 grams fat
Bibəri Sevdirən Ləzzət: Türkiyə Mətbəxindən Bibər Dolması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bibər dolması analarımızın əlindən yediyimiz ən gözəl reseptdir. Həm də mövsümündə bibəri sevdirən ən dadlı reseptdir… Mir.az rəngarəng görünüşü ilə ürəyinizi açacaq dadlı bibər dolması reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 8 ədəd orta ölçülü dolmalıq bibər
  • 100 qram orta yağlı mal əti
  • 1.5 stəkan düyü
  • 1 ədəd orta ölçü soğan
  • 1 ədəd kiçik pomidor
  • 1/2 xörək qaşığı tomat pastası
  • 1 çay qaşığı bibər pastası (istəyə görə)
  • 1 çay qaşığı nanə
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığı duz

  • Sous üçün:
  • 1 xörək qaşığı tomat pastası
  • 1 stəkan isti su
  • 1/4 çay qaşığı duz

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün soyuduğunuz soğan və pomidoru sürtgəcin incə tərəfindən keçirin.
Düyünü yuyub suyunu süzün.
Orta yağlı qiyməni, sürtgəcdən keçirilmiş soğanı pomidoru və tomat pastasını bir qaba töküb üzərinə nanə, duz və istiot əlavə edib qarışdırıb bir kənara qoyun.
Bişirdiyiniz zamanı qapaq kimi istifadə etmək üçün bibərin başını dairəvi kəsib içini təmizləyin.İçlərini qiymə ilə hazırladığınız içliklə doldurub qazana yerləşdirin ( əlavə su tökməyin ).
Bir qabda tomat pastası və duzu qarışdırıb qaynar su əlavə edin və sousu hazırlayın.
Bibər dolmasının üzərinə tomat pastası sousunu töküb aşağı istilikdə təxminən 30 dəqiqə bişirin.
Bişdikdən sonra isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz