Azərbaycancaaz
Mir.az » Resept » Çox Asan : Xırtıldayan Badımcan Qızartması Resepti

Çox Asan : Xırtıldayan Badımcan Qızartması Resepti

141
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Çox Asan : Xırtıldayan Badımcan Qızartması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Badımcanı sevməyənləri təəccübləndirəcək və onu yeyənləri xırtıldayan olması ilə özünə aşiq edəcək bir badımcan resepti.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 2 ədəd böyük badımcan
  • 1 ədəd yumurta
  • 2 dilim çörəyin qırıntıları
  • 1 stəkan un
  • 1 çay qaşığı duz
  • 1 stəkan duru yağ.

Hazırlanma qaydası:

Badımcanları soyub halqa şəklində doğrayın. Bir qabda duzlu su hazırlayıb içinə badımcanları qoyun ki,həm acısı çıxsın həm də qaralmasınlar.
Ayrı-ayrı qablara yumurta, un və çörək qırıntılarını tökün. Yumurtaya 1 çay qaşığı duz əlavə edib çalın.
Badımcanları sudan çıxarıb , salfet üzərində qurudun. Badımcan dilimlərini əvvəlcə una, sonra yumurtaya, ən son isə çörək qırıntılarına batırın. Bütün badımcanlar üçün eyni şeyi edin.
Yağı tavaya töküb qızdırın. Badımcanların hər iki tərəfini qızardın. Qızardılmış badımcanları salfetin üzərinə qoyun ki, artıq yağ çıxsın. Bütün badımcanlar qızarıb , artıq yağı getdikdən zövqə görə sarımsaqlı qatıq və ya qatıqla servis edə bilərsiz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz