Xırtıltısı Canlar Alar: Nugget Görünüşlü Badımcan Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Bütün badımcan yeməkləri çox məşhurdur. Qazanda hazırlanan hər cür badımcan yeməkləri, qəlyanaltılar, salatlar, əvəzolunmaz kartof qızartmaları ilə hər süfrənin ulduzu desək, yalan olmaz. Hər cür badımcan yemiş olsanız belə, belə birisini yemədiyinizə mərcə girərəm.
Mir.az kənarı xırtıldayan,içi yumşaq badımcan qızartması reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
2 ədəd badımcan (böyük ölçü)1 stəkan un
3 ədəd yumurta
1 stəkan qaleta unu ( köhnəlmiş çörək )
1/2 stəkan holland pendiri
Qızartmaq üçün:
2 stəkan maye yağ
(günəbaxan və ya zeytun yağı)
Hazırlanma qaydası:
Badımcanın qabığını soyub kub formasında doğrayın və acılığını aradan qaldırmaq üçün duzlu su ilə doldurulmuş böyük bir qaba qoyub 30dəqiqə gözləyin.
Badımcanları süzüb kağız dəsmal ilə qurudun.
Böyük bir qaba un,başqa bir qabda qaleta unu (çörək qırıntıları) və sürtgəcdən keçirilmiş holland pendirini qarışdırın.
Başqa bir qabda isə yumurtaları çalın.
Badımcanları əvvəlcə una, sonra yumurtaya, ən son isə qaleta ununa batırıb qızdırılmış yağda qızardın.
Qızardılmış badımcanları kağız dəsmal ilə örtülmüş qaba qoyun ki, yağı hopsun, artıq yağını çəksin.
Badımcanların hamısı qızarıb hazır olduqdan sonra istədiyiniz souslarla süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz