Azərbaycancaaz
Mir.az » Resept » Çölü Xırtıldayan , İçi Yumşaq : Toyuq Şinitzel Resepti

Çölü Xırtıldayan , İçi Yumşaq : Toyuq Şinitzel Resepti

60
asan resept,asan yemək resept,sadə resept
813 calories, 8 grams fat
Çölü Xırtıldayan , İçi Yumşaq : Toyuq Şinitzel Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Toyuq filelərini nazikləşdirdikdən sonra duz və istiotlayın. Ardıcıllıqla un , yumurta və çörək qırıntılarına batırıb isti tavada qızardın. Ortaya nar kimi qızarmış , çölü xırtıldayan ,içi yumşaq və ləzzətli dad çıxır. Sizdə sevdikləriniz üçün dadlı toyuq şinitzel hazırlayıb damaqlarını şənləndirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

13 dəqiqə

Tərkibi:

4 ədəd toyuq filesi
1 çay qaşığı duz
1/2 çay qaşığı təzə üyüdülmüş qara bibər tozu

Bulamaq üçün:
5 xörək qaşığı un
2 ədəd böyük yumurta
1 çay qaşığı xardal (istəyə görə)
1.5 stəkan çörək qırıntıları

Qızartmaq üçün:
1.5 stəkan bitki yağı

Hazırlanma qaydası:

Toyuq filesini uzununa yarıya bölün.
Üzərinə streç sellofan sərib ət çəkici və ya ağır bir alət ilə incəldib duz və istiotlayın.
Böyük bir qabda yumurtaları xardal ilə birlikdə çalın.
Un və çörək qırıntılarını da hər birini boşqaba tökün.
Əvvəlcə nazikləşdirilmiş toyuq filesi dilimlərinin hər iki tərəfini unlayın. ( Artıq ununu silkələyin)
Sonra hər iki tərəfini yumurtaya və çörək qırıntılarına batırın.
Bitki yağını tavaya əlavə edib qızdırın və toyuq filelərininin hər iki tərəfini təxminən 4-5 dəqiqə qızardın.
Toyuq şinitzellərini kağız dəsmallarla örtülmüş halda süfrəyə verin ki, artıq yağ çıxsın.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz