Azərbaycancaaz
Mir.az » Resept » Süfrələr Şənlənsin: Almalı Tart Resepti

Süfrələr Şənlənsin: Almalı Tart Resepti

34
asan resept,asan yemək resept,sadə resept
825 calories, 8 grams fat
Süfrələr Şənlənsin: Almalı Tart Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Mir.az hər kəsin bəyənəcəyi almalı tart reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • Otaq temperaturunda 125 qram kərə yağı və ya marqarin
  • 1 ədəd yumurta
  • 1/2 stəkan şəkər tozu
  • 1/2 paket qabartma tozu
  • Apardığı qədər un (təxmini 2 stəkan 2 xörək qaşığı)

  • Alma məhlul üçün:
  • 4 ədəd orta alma (3 ədəd böyük)
  • 2 xörək qaşığı şəkər tozu
  • 1 çay qaşığı darçın

  • Üzəri üçün:
  • 2 xörək qaşığı pudra şəkər

Hazırlanma qaydası:

Almalı içliyi hazırlamaq üçün almaların qabığını soyub sürtgəcdən keçirin.Darçın və şəkər tozu əlavə edib bişirin.
Bişdikdən sonra ocaqdan götürüb soyumağa buraxın.
Tart xəmirini hazırlamaq üçün qaba yumurta, yağ, şəkər tozu əlavə edib əlinizlə yaxşıca qarışdırın. Qabartma tozu və unu az-az əlavə edib ələ yapışmayan, qulaqcıq məməsi kimi yumşaq xəmir yoğurun və 15 dəqiqəlik kənarda saxlayın.
Xəmirdən portağal böyüklüyündə bir kündə götürüb kənara qoyun və qalan xəmiri yağlanmış orta ölçülü dairəvi şüşə qaba ( borcama) və ya soba qabına yayın. Üzərinə almalı məhlulu əlavə hər tərəfinə yayın.
Portağal boyda xəmiri açıb zolaqlara kəsin və tartın üzərinə qoyub əvvəlcədən isidilmiş 185 dərəcə sobada qızılı rəng alana qədər bişirin.
Bişdikdən sonra üstünə pudra şəkəri səpib süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz