Azərbaycancaaz
Mir.az » Resept » Turşusundan Daha Gözəl: Qırmızı Köz Bibər Qızartması Resepti

Turşusundan Daha Gözəl: Qırmızı Köz Bibər Qızartması Resepti

12
asan resept,asan yemək resept,sadə resept
520 calories, 5 grams fat
Turşusundan Daha Gözəl: Qırmızı Köz Bibər Qızartması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Bildiyiniz inqrediyentlərlə hazırlaya biləcəyiniz, lakin çox fərqli,dadlı resept axtarırsınızsa bu resept lap yerinə düşər.Bolqarıstanda çox hazırlanan resept "Pirijeni cuski sirene"dir. Sirkə-sarımsaq sousu ilə verildikdə dadı ikiqat artır. Ancaq bu sousu əlavə etməyə də bilərsiniz. Həm közün dadı, həm də qızartmanın dadı bir yerdədir.
*İçlikdə əriməyən fərqli pendirdən də istifadə edə bilərsiniz.
* Reyhan ,təzə kəklikotu və ya ətotu da əlavə edərək onu daha ətirli edə bilərsiniz.
*Qovrulmuş qırmızı bibər qızartmasını səhər yeməyi və ya axşam yeməyinə məzə olaraq fərqli dad axtaran sevdiklərinizlə hazırlayıb paylaşa bilərsiniz.
* İçini doldurduğunuz bibərlərin cırılmamasına diqqət edin.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 5 ədəd böyük qırmızı bibər
  • 175 qram kəsmik
  • 1 dəstə cəfəri
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı təzə qara bibər tozu

  • Qızartmaq üçün:
  • 2 ədəd yumurta sarısı
  • 1/2 stəkan un
  • 1 stəkan duru yağ

  • Servis üçün:
  • 2 diş sarımsaq
  • 2 xörək qaşığı sirkə

Hazırlanma qaydası:

Bol suda yuyub qurutduğunuz qırmızı bibəri bütün halda sobada və ya ocaqda qızardın.
Qızarmış bibərlərin qabığını soyub içini çıxarın.
İçlik üçün cəfərini incə doğrayıb kəsmik,qara bibər tozu və duz ilə qarışdırın.
Bibərin içini hazırladığınız pendir içliyi ilə doldurun. Elə doldurun ki, boşluq olmasın. Ağız hissələrini içəriyə çevirdikdən sonra qismən də olsa ucunu bükün.
Böyük bir qabda yumurta sarısını çalın. Unu dayaz bir boşqaba tökün.
Yağı dayaz tavada qızdırdıqdan sonra qırmızı bibərləri əvvəlcə yumurta sarısına,sonra isə una bulayıb qızardın.
Bibəri xırda doğranmış sarımsaqla qarışdırılmış sirkə sousu ilə servis edin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz