Azərbaycancaaz
Mir.az » Resept » Fərqli Ədviyyat Sousu ilə : Sobada Toyuq Filesi Resepti

Fərqli Ədviyyat Sousu ilə : Sobada Toyuq Filesi Resepti

131
asan resept,asan yemək resept,sadə resept
325 calories, 3 grams fat
Fərqli Ədviyyat Sousu ilə : Sobada Toyuq Filesi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Sobada bişirilən yeməklər həm asan,həm də daha dadlı olur. Toyuq döşü isə istər tavada, istərsə də sobada olsun, hər cür dadlıdır. Bu dəfə ən asan toyuq reseptlərindən biri ilə sobada toyuq döşünü hazırlayırıq.
Toyuq döşləriniz hazırdırsa, tez marinad edib sobaya göndərin. Bu qədər asan resept necə dadlı olmaya bilər! Hazırlayıb buna əmin ola bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

3 ədəd toyuq filesi
3 xörək qaşığı zeytun yağı
1 çay qaşığı soğan tozu
1 çay qaşığı sarımsaq tozu
2 çay qaşığı üyüdülmüş qırmızı bibər tozu
2 çay qaşığı acı bibər tozu
1 çay qaşığı qara istiot
1.5 çay qaşığı duz
2 çay qaşığı quru kəklikotu
3 ədəd təzə kəklikotu

Hazırlanma qaydası:

Ədviyyat qarışığı üçün bir qaba duz, qara bibər, kəklikotu, acı bibər tozu, üyüdülmüş qırmızı bibər tozu ,soğan tozu və sarımsaq tozunu əlavə edib qarışdırın.
Toyuq filesini soba qabına qoyub üzərinə zeytun yağı əlavə edin. Ardı ilə ədviyyat qarışığını əlavə edib qarışdırın (İstəyirsinizsə, dad vermək üçün təzə kəklikotu da əlavə edə bilərsiniz.)
və əvvəlcədən isidilmiş 180 dərəcə sobada 25 dəqiqə bişirin.
Bişdikdən sonra kəklikotu ilə bəzəyib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz