Azərbaycancaaz
Mir.az » Resept » Damaqlarda Qalan Ləzzət : Közlənmiş Qırmızı Bibər Salatı Resepti

Damaqlarda Qalan Ləzzət : Közlənmiş Qırmızı Bibər Salatı Resepti

37
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Damaqlarda Qalan Ləzzət : Közlənmiş Qırmızı Bibər Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
İstər sadə, istəsəniz də yeməklərin yanında təqdim edə biləcəyiniz ləzzətli bir salat resepti.Az məhsulla və asan hazırlanan bu salatı həm ailəniz üçün,həm də qonaqlarınız üçün hazırlaya bilərsiniz. Mir.az ləzzətli közlənmiş qırmızı bibər salatının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 10 ədəd qırmızı bibər
  • 1 stəkan zeytun yağı
  • 1/2 stəkan sirkə
  • 2 diş sarımsaq
  • 1 çqy qaşığı duz
  • 1 budaq kəklikotu

Hazırlanma qaydası:

İlk öncə qırmızı bibərləri soba sinisinə qoyub sobada közləyin. Közləndikdən sonra qabıqlarını və tumlarını təmizləyib bir qaba düzün.
Bir kasada zeytun yağı, duz və sirkəni qarışdırın. Sarımsağın qabıqlarını soyub xırda doğrayın və zeytun yağına qarışdırın. Bu qarışığı qırmızı bibərlərin üzərinə töküb,təzə kəklikotu ilə bəzəyib süfrəyə verə bilərsiniz.

QEYD:
Sobanız yoxdursa,ocaqda da közləyə bilərsiniz.
Közlədiyiniz bibərləri suyun altında tutaraq qabığını daha asan soya bilərsiniz.
Qırmızı bibərlərə əlavə olaraq közlənmiş badımcan da əlavə edə bilərsiniz.
Közlənmiş qırmızı bibər salatının bir boşqabı təxminən 30 kaloridir.
Közlənmiş bibərlərin bir ədədi isə təxminən orta hesabla 15 kalori ehtiva edir.
Aşağı kalorili olduğu üçün yeməklərin yanında süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz