Səhər Yeməyi Üçün İdeal : Pomidor Souslu Sosiska Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Son illərdə sosisqa,kolbasa, dəniz məhsulları və hisə verilmiş məhsullar geniş şəkildə istifadə olunur. Gündəlik yemək reseptlərində daha çox yer almağa başladıqlarını nəzərə alsaq, bir çox evlərdə kulinariya mədəniyyətinin bir parçası olmaq üzrədirlər.
Kolbasa tərkibindəki ədviyyatlar və sarımsaq ilə ürəyimizdə bir taxt sahibidir. Amma eyni zamanda, sosisqa kartofla yanaşı, makaronda, sendviç çörəyində özünə yer edib, kolbasa ilə rəqabət aparır.Səhər yeməyi reseptlərinə də uyğun gəlir.
Səhər yeməyi üçün pomidor sousu ilə kolbasa reseptini hazırlamağa nə deyirsiz? Asan və qənaətcil olduğunu da unutmayın.
*Kolbasaların nə çox qalın, nə də çox nazik olmadığından əmin olun.
Sarımsaq və tomat pastasını yandırmamağa diqqət edin.
Xardalı sevirsinizsə, sousa xardal da əlavə edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
4 ədəd sosisqa4 xörək qaşığı pomidor püresi
1 çay qaşığı tomat pastası
1 çay qaşığı kərə yağı
1 çay qaşığı qara istiot
1 diş sarımsaq
1 çay qaşığı kimyon
1 çay qaşığı duz
1/2 stəkan sürtkəcdən keçilmiş holand pendiri
1 çay qaşığı kəklikotu
6-7 ədəd doğranmış qara zeytun
3/4 stəkan qaynar su
Hazırlanma qaydası:
Sosisqaları halqa şəklində doğrayıb kərə yağında azca qızardın.Sosisqalar açıq rəng aldıqdan sonra xırda doğranmış yaşıl bibərləri əlavə edib qızartmağa davam edin.
Bibərlərin rəngi dəyişməyə başlayanda tomat pastası, xırda doğranmış sarımsaq və pomidor püresi ( soku ) əlavə edib bişirməyə ( soteləməyə ) davam edin.Bu vaxt istiliyi nəzarət altında saxlayın ki, sarımsaq və tomat pastası yanmasın.
Sarımsaq və tomat pastasının qoxusu çıxmağa başlayanda üzərinə qaynar su,kimyon və duz əlavə edib qarışdırın. Yavaş-yavaş qaynamağa başlayanda altını zəif xoda qoyub aşağı 10 dəqiqə bişirin.
Bu arada sobanınızı 200 dərəcə qızdırıb pomidor sousu ilə sosiskaları sobaya gedə biləcək qaba qoyub üzərinə sürtkəcdən keçilmiş holland pendiri , kəklikotu və zeytunları töküb sobaya qoyun.
Pendir qızarmağa başlayan kimi sobadan çıxarıb otaq temperaturuna gəldikdə servis edə bilərsiz.
NUŞ OLSUN?.

Şərhlər 0
Şərh Yaz