Azərbaycancaaz
Mir.az » Resept » Pambıq Kimi Yumşaq , Qaymaqlı , Kakaolu Keks Resepti

Pambıq Kimi Yumşaq , Qaymaqlı , Kakaolu Keks Resepti

1 075
asan resept,asan yemək resept,sadə resept
630 calories, 6 grams fat
Pambıq Kimi Yumşaq , Qaymaqlı , Kakaolu Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Qış fəsli gələndə yağışlı-qarlı günlər isti çayla gözəlləşir. Ətirli qoxusu ilə hər evi bürüyən kekslər bütün fəsillərin ən sevilən şirniyyatları kimi yaddaşlara həkk olunur. Hələ o şirniyyatlar pambıq kimi yumşaq və gözəl köpmüşsə.
Keksləriniz qəşəy köpsün istəyirsizsə,onun sirri bir neçə inqrediyentdə və hazırlanması zamanı nəzərə alınmalı olan bir neçə fənddə gizlidir.
İnqrediyentləriniz otaq temperaturunda olmalıdır.
Yumurta nə qədər çox olarsa, keks ( tort )bir o qədər çox köpər.
Qabartma tozunun daha aktiv olması üçün onun ən yaxın dostu sodadan da kömək ala bilərsiniz.
Bu tortun daha bir sirri var ki süd əvəzinə kremdən də istifadə edə bilərsiz.
Əgər keksin qəlibdən daha asan çıxmasını istəyirsinizsə, sobadan çıxardanda onu nəm bir parça üzərinə qoyun. Belə olduqda daha asan çıxacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

4 ədəd yumurta
1+1/3 stəkan şəkər tozu
1 stəkan qaymaq
1 stəkan duru yağ
3 stəkan un
2 xörək qaşığı kakao
1 xörək qaşığı soda
1 paket qabartma tozu
2 paket vanil

Hazırlanma qaydası:

Yumurtaların üzərinə şəkər tozunu əlavə edib mikserlə yaxşıca çalın.
Sonra yağı və qaymağı əlavə edib çalmağa davam edin.
Unu iki dəfə ələyib,az-az əlavə edib taxta qaşıqla qarışdırın.
Sonda qabartma tozu, vanil, soda əlavə edib qarışdırma prosesinə davam edin.
Hazırladığınız keks xəmirinin bir hissəsini kənara qoyun.Ayırdığınız xəmirə kakao töküb qarışdırın.
Əvvəlcə kakaosuz xəmiri yağlanmış və unlanmış keks qəlibinə , sonra isə kakaolu xəmiri əlavə edin.
Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə təxminən 25-35 dəqiqə bişirin.
Bişdikdən sonra çıxarıb nəmli bir parça üzərinə qoyub otaq temperaturunda soyumasını gözləyin.
Soyuduqdan sonra istsəniz üzərinə pudra şəkər səpib ,dilimləyib servis edə bilərsiz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz