Ağızda Dağılan Ləzzət : Sobada Quzu Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Quzu bədəndəki metabolik reaksiyalar üçün zəruri olan B vitaminlərinin ən böyük mənbəyidir. Gündəlik B12 vitamini ehtiyacının 100% -dən çoxunu ödəyən quzu tiaminin ən yaxşı mənbəyidir. B12 vitamininin ən zəngin mənbəyi olan quzu əti, qırmızı qan hüceyrələrinin istehsalını təşviq edir və anemiyanın qarşısını alır.
Faydalı quzu ətindən dadlı, şirəli, yumşaq, ağızda əriyən yemək hazırlaya biləriniz. Mir.az sobada quzu ətindən dadlı yeməyin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
180 dəqiqəTərkibi:
1 kq quzu ətiMarine etmək üçün:
Nar turşusu
Bitki yağı
Duz
İstiot
Qırmızı bibər tozu
Hazırlanma qaydası:
Doğranmış quzu ətini yuyub suyunu süzün.
Bir qabda nar turşusu,bitki yağı, duz, istiot və bibər tozunu qarışdırıb üzərinə quzu ətini töküb yaxşıca bulayın. Qabın üzərinə streç sellofan keçirib 2-3 saatlıq marine olunması üçün soyuducuya yerləşdirin.
Daha sonra dəzgahın üzərinə yağlı kağız sərin və marinə olunmuş ətləri kağızın orta hissəsinə yerləşdirin və kağızı bükün. Daha sonra alüminium folqaya büküb siniyə yerləşdirin və əvvəlcədən 140-150 dərəcə qızdırılmış sobada 3 saat bişirin. Süfrəyə verdikdə üzərini halqa doğranmış soğan,göyərti və sumaqla bəzəyib verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz