Azərbaycancaaz
Mir.az » Resept » Bu Dəfə Toyuqlu : Pomidor Souslu Toyuqlu Makaron Resepti

Bu Dəfə Toyuqlu : Pomidor Souslu Toyuqlu Makaron Resepti

129
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Bu Dəfə Toyuqlu : Pomidor Souslu Toyuqlu Makaron Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Aranızda pomidor souslu makaronu sevməyən varmı? Mümkün olduğunu düşünmədiyimiz üçün sousa toyuq filesi əlavə edib pomidor souslu toyuqlu makaron hazırladıq. Əminəm ki , ev əhli dadına, aromasına heyran qalacaq.
Mir.az pomidor souslu toyuqlu makaron reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 1 paket makaron
  • 10 stəkan isti su
  • 1 çay qaşığı duz

  • Toyuqlu içlik üçün:
  • 400 qram toyuq filesi
  • 3 ədəd orta ölçü pomidor
  • 1 ədəd orta ölçü soğan
  • 1 diş sarımsaq
  • 4 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı tomat pastası
  • 1/4 çay qaşığı qırmızı bibər tozu
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı qara bibər tozu

Hazırlanma qaydası:

Toyuqlu məhlulu hazırlamaq üçün toyuq filesini böyük parçalara doğrayın.
Soğanı xırda doğrayın.
Pomidor və sarımsağı sürtgəcdən keçirin.
Zeytun yağını tavada qızdırın.Doğranmış soğan və sarımsağın qoxusu çıxana qədər orta istilikdə sote edin və ardı ilə iri doğradığınız toyuq filesini də əlavə edib toyuqlar qızarana qədər yüksək odda soteleme prosesinə davam edin.
Üzərinə sürtgəcdən keçirilmiş pomidor, tomat pastası, qırmızı bibər tozu, duz və qara bibər tozu əlavə edib aşağı istilikdə qaynamağa buraxın və arabir qarışdırın.
Makaronu qaynatmaq üçün dərin bir qazanda su qaynadın.Duz əlavə etdikdən sonra makaronu zövqünüzə uyğun olaraq 8-10 dəqiqə bişirin.
Makaronun qaynar suyundan bir stəkan götürün və aşağı odda bişirilən toyuqlu məhlula əlavə edib qarışdırın.
Qaynadılmış makaronu süzdükdən sonra toyuqlu məhlula əlavə edin və qarışdırın.
Toyuq makaronu gözləmədən isti halda servis edin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz