Azərbaycancaaz
Mir.az » Resept » Türkiyə Mətbəxinin Məşhur Alinazik Resepti

Türkiyə Mətbəxinin Məşhur Alinazik Resepti

94
asan resept,asan yemək resept,sadə resept
35 calories, 3 grams fat
Türkiyə Mətbəxinin Məşhur Alinazik Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Türkiyənin Qaziantep vilayətinin məşhur yeməyi -alinazik…Həm yüngül, həm də hazırlanması asan olduğu üçün bir növ xilaskar yeməkdir deyə bilərik.
Qatığın və badımcanın birləşməsi əfsanə bir ləzzət yaradır.Sarımsağın da əlavə olunması bu yeməyi daha da ləzzətləndirir.Zövqünüzə görə sarımsağın miqdarını artıra və ya azalda bilərsiniz.Hər halda, dadlı olacaq.Siz onu hazırladıqdan sonra əminəm ki, reseptlər siyahınızdakı yerini əbədi saxlayacaq.

* Qatığın süzülməsi nə qədər yaxşı olarsa, yeməyiniz bir o qədər dadlı olar.
*Qatığı əlavə etdikdən sonra yeməyi çox qızdırmayın ki, qatıq çürüməsin.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

  • 200 qram orta yağlı mal əti
  • 3 ədəd orta ölçü badımcan
  • 1.5 stəkan süzmə qatıq
  • 2 diş sarımsaq
  • 1 çay qaşığı duz
  • 2 çay qaşığı acı bibər tozu
  • 1/2 çay qaşığı qara istiot
  • 2 çay qaşığı zeytun yağı

Hazırlanma qaydası:

Əvvəlcə badımcanların bir neçə yerindən bıçaqla kiçik cızıqlar atıb sobada və ya ocaqda közləyin.
Közlənmiş badımcanların qabığını soyub xırda-xırda doğrayın. Üzərinə 1-2 çay qaşığı zeytun yağı və duz əlavə edib qazın altını yandırın və qarışdıraraq badımcanları isidin.Qazanın dibinin yanmamasına diqqət edin.
Badımcanlar isti olanda qazın xodunu azaldın. Üzərinə süzmə qatıq və əzilmiş sarımsağı əlavə edib qarışdırın və qarışığı soyuması üçün kənara qoyun.
Qarışığın duz və sarımsaq miqdarını yoxlaya bilərsiniz. Kifayət deyilsə ,əlavə edə bilərsiniz.
Tavaya bir az yağ əlavə edib qiyməni qovurun. Qovrulmuş qiyməyə duz, qara bibər və qırmızı bibər əlavə edib ocağı söndürün.
Dayaz boşqaba qatıqlı badımcanı yayıb üzərinə qiyməni tökün.
İstəyirsinizsə, cəfəri, incə doğranmış yaşıl bibər və xırda doğranmış qırmızı bibər ilə servis edə bilərsiz.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz