Fərqli Dad Axtaranlar Üçün Qatıqlı Badımcan Salatı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Salat resepti.
Közlənmiş badımcanın ləzzət verdiyi müxtəlif qəlyanaltı reseptləri var. Bu gün qatıqlı badımcan salatı hazırlamaq üçün sizi mətbəxə dəvət edirem.
İlk əvvəl badımcanları sobada bişirin. Sonra sarımsaq və ədviyyatlı sousu hazırlayıb badımcanla birləşdirin. Daha sonra onu çörək yeyə və ya ət və toyuq yeməklərinin yanında salat kimi istifadə edə bilərsiniz.
*Süzülmüş qatıq yerinə hazır qablaşdırılmış qatıq və ya ev qatığı ilə hazırlasanız, qatığınız sulu olacaq və problem yaşaya bilərsiniz.
* Badımcanları sobada və ya ocaqda bişirərkən bıçaqla bir neçə deşik açsanız, istinin təsirindən şişməsinin və partlamasının qarşısını almış olarsınız.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
0 dəqiqəTərkibi:
3 ədəd badımcan2 diş sarımsaq (rəndələnmiş və əzilmiş)
4 xörək qaşığı süzülmüş qatıq
1 xörək qaşığı mayonez
1 çay qaşığı duz
1/2 çay qaşığı qara bibər tozu (istəyə görə)
1 çimdik qırmızı bibər (istəyə görə)
Üzəri üçün:
1 çimdik qırmızı bibər tozu
1 çimdik cəfəri (doğranmış)
1 xörək qaşığı zeytun yağı
Hazırlanma qaydası:
Badımcanların üst hissəsində bıçaqla bir neçə deşik açın. Sonra badımcanları yağlı kağızı sərilmiş soba qabına qoyub əvvəlcədən isidilmiş 200 dərəcə sobada təxminən 30 dəqiqə bişirin.
Badımcanlar bişdikdən sonra qabıqlarını soyub xırda doğrayın. Közlənmiş badımcanları qaba qoyub üzərinə süzülmüş qatıq ,sarımsaq və ədviyyatlar əlavə edib yaxşıca qarışdırın.
Servis qabına qoyub üzərinə zeytun yağı gəzdirin.
İstəyə görə qırmızı toz bibər səpin.
Sonda xırda doğranmış cəfəri ilə bəzəyib süfrəyə verə bilərsiz.
NUŞ OLSUN?.

Şərhlər 0
Şərh Yaz