Azərbaycancaaz
Mir.az » Resept » Ən Çox Uşaqlar Sevəcək : Ballı Darçınlı Alma Cipsi Resepti

Ən Çox Uşaqlar Sevəcək : Ballı Darçınlı Alma Cipsi Resepti

1 065
asan resept,asan yemək resept,sadə resept
260 calories, 2 grams fat
Ən Çox Uşaqlar Sevəcək : Ballı Darçınlı Alma Cipsi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Cips resepti.
Darçın və alma ən yaxşı cütlərdən biridir. Alma piroqları, peçenyelər, tortlar darçınsız həmişə natamamdır. Hətta,almadan xırtıldayan çipslər hazırlanırsa, onlar yenə də dadını darçından alırlar.
Almaları sağlam qəlyanaltılara çevirmək istəyirsizsə,incə dilimləyib bal və darçınla şirinləşdirib sobada uzun müddət qurudun. Şirniyyata can atmağa başlayanda 2-3 ədəd yeyib böyük peşmançılıqlardan qurtulun.

*Çipslərinizi çox incə dilimləsəniz, onları daha xırtıldayan edəcəksiniz.
Pişirmə prosesində sobanın qapısının vaxtaşırı açılması içəridə əmələ gələn buxarın çıxmasına və çipslərin daha yaxşı qurumasına imkan verəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

  • 4 ədəd alma
  • 2 xörək qaşığı bal
  • 1 çay qaşığı darçın

Hazırlanma qaydası:

Almaları yaxşıca yuyub qurutduqdan sonra halqa şəklində incə doğrayın.
Alma dilimlərini yağlı kağız qoyduğunuz soba qabına qoyub üzərinə bal sürtün.
Kiçik süzgəcdən istifadə edərək bütün dilimlərin üzərinə darçın səpin.
Əvvəlcədən isidilmiş 120 dərəcə sobada ventilyator proqramında 1 saat bişirin və soyuduqdan sonra zövqlə yeyin.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz