Azərbaycancaaz
Mir.az » Resept » Darçınsız Olmaz : Köklü Keks Resepti

Darçınsız Olmaz : Köklü Keks Resepti

68
asan resept,asan yemək resept,sadə resept
1040 calories, 10 grams fat
Darçınsız Olmaz : Köklü Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Kök ilə keks resepti dedikdə ağlınıza qoz, darçın və kökün mükəmməl harmoniyasından doğan keksin çay ilə dostluğu gələ bilər. Gəlir, elə deyilmi? Üstəlik də qış fəslində. Xüsusilə qış fəslinə ən çox yaraşan reseptlərindən biri köklü keks reseptidir. Bu resept ən asan və dadlı kekslərdən biridir. Darçın və qoz da keksin içinə qarışdıqda sobadan ətirli qoxular çıxır.
Köklü keksi necə hazırlamaq olar sualınıza ən yaxşı cavab mir.az saytında daxil olmaqdır. Böyük-kiçik hər kəsin ləzzət alacağı köklü keks reseptinizi bəyənəcəyinizə əminik.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 3 ədəd yumurta
  • 3 ədəd kök
  • 1 stəkan qoz ləpəsi
  • 1 stəkan duru yağ
  • 1 stəkan süd
  • 1 stəkan şəkər tozu
  • 2,5 stəkan un
  • 1 ədəd limonun qabığı
  • 1 çqy qaşığı darçın
  • 1 paket qabartma tozu
  • 1 paket vanilin

  • Keks qabını yağlamaq üçün:
  • 1 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı un

Hazırlanma qaydası:

Yumurta və şəkər tozunu mikserin köməyi ilə çalın.
Üzərinə duru yağ,süd,sürtkəcdən keçilmiş limon qabığı və kök əlavə edib çalmağa davam edin.
Sonda ələnmiş un, qabartma tozu ,darçın,qoz ləpəsi və vanil əlavə edib taxta qaşıqla qarışdırın.
Hazırladığınız keks xəmirini yağlanmış və unlanmış keks qəlibinə töküb əvvəlcədən isidilmiş 170 dərəcə sobada 40 dəqiqə bişirin.
Otaq temperaturundakı keksi qəlibdən çıxardıqdan sonra üzərinə pudra şəkəri səpib,dilimləyib servis edə bilərsiz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz