Şəfalı ,Dadlı Bəkməzli , Zəncəfilli Peçenye Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Peçenye resepti.
Havaların soyuması ilə şəfalı və dadlı ,mətbəxdə özünəməxsus yer tutan zəncəfili bu dəfə evlərdən əksik olmayan peçenyelərlə gətirdik. Üstəlik, içində bəkməz və darçın da var. Bu xırtıldayan peçenyelər köhnəlmədən uzun müddət asanlıqla saxlanılır.
Qoxusundan və dadından doymadığınız bu peçenyelər çay və ya qəhvə ilə dadlı olacaq! Bəkməzli,zəncəfilli peçenye reseptini sınadıqdan sonra bu ləzzətdən imtina edə bilməyəcəksiniz! Sizə qab-qab bişirsəniz belə doya bilməyəcəyiniz reseptə baş-başa buraxırıq.Mətbəxiniz bəkməzli zəncəfilli peçenyelərin ləzzətli qoxusu ilə dolsun.

NEÇƏ NƏFƏR ÜÇÜN
18 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
9 dəqiqəTərkibi:
1 stəkandan biraz az un (110-120 q)5 xörək qaşığı qəhvəyi şəkər tozu
2 dolu çay qaşığı zəncəfil tozu
1/2 çay qaşığı darçın
1 çay qaşığı qabartma tozu
1 çay qaşığı soda
1/4 çay qaşığı duz
100-110 qram kərə yağı
2 xörək qaşığı üzüm bəkməzi
1 xörək qaşığı bal
Hazırlanma qaydası:
Un, qəhvəyi şəkər tozu, kərə yağı ,darçın ,zəncəfil, qabartma tozu, soda və duzu doğrayıcıya əlavə edib maksimum 10-15 saniyə inqrediyentlərin qarışmasını gözləyin.Nəhayət, bəkməz və bal əlavə edib yenidən qarışdırın.
İinqrediyentləri çıxarıb xəmir halına gələnə qədər yoğurun. qarışdırma qabına köçürün. Soba qabını yağlı kağızla sərib qoz böyüklüyündə kəsdiyiniz xəmiri əvvəl yumrulayıb, sonra azca yastılayıb aralıqlarla qaba qoyun. Diqqət edin ki, çox yaxın olmasın, çünki bişirərkən yayılacaq.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 10 dəqiqə bişirin.10 dəqiqədən çox bişirməyin.
Sobadan yumşaq çıxacaq, ancaq gözlədikdə , soyuduqda daha xırtıltılı olacaq.
Verilən vaxtdan çox bişirməməyi unutmayın. Sobadan çıxardıqdan sonra quruyacağı üçün vaxta əməl etdiyinizə əmin olun. İstəsəniz xəmiri soyuducuda saxlayıb sonra bişirə bilərsiniz.

Şərhlər 0
Şərh Yaz