Azərbaycancaaz
Mir.az » Resept » Xırtıldayan Ləzzət: Sobada Pendirli Tərəvəz Kroket Resepti

Xırtıldayan Ləzzət: Sobada Pendirli Tərəvəz Kroket Resepti

25
asan resept,asan yemək resept,sadə resept
1215 calories, 12 grams fat
Xırtıldayan Ləzzət: Sobada Pendirli Tərəvəz Kroket Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Kartof kroketləri, xüsusilə ət yeməklərinin yanında məşhur bir müşayiətçidir. Kroketlərin ləzzəti və xırtıldaması qızartma prosesindən gəlir. Bu reseptdə biz kroketləri bir az yüngülləşdirdik və zənginləşdirdik.Kökü və soğan ilə müşayiət olunan kartoflu kroketdə pendir sürprizi də var. Qeyd etmək lazımdır ki, zənginliyinə baxmayaraq, bu kroket klassik formasından daha yüngüldür. Çünki bu kroketlər qızardılmır, sobada bişirilir.
Kroketləri hazırlayarkən əllərinizi vaxtaşırı islatmaq işinizi asanlaşdıracaq. İstəsəniz saçaqlı pendir yerinə təzə holland pendiri də istifadə edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 2 ədəd orta ölçü kartof
  • 3 ədəd orta ölçü kök
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı sarıkök
  • 1/2 çay qaşığı qara istiot
  • 70 qram saçaqlı pendir

Hazırlanma qaydası:

  • Kartof və kökü soyub kub şəklində doğradıqdan sonra qazana qoyub üzərinə duz və ondan çox olmayacaq qədər su əlavə edib tərəvəzlər yumşaq olana qədər 10-15 dəqiqə qaynadın.
  • Doğranmış və ya sürtkəcdən keçilmiş soğanı, zeytun yağını,sarıkök və qara bibəri tavada bir neçə dəqiqə qızardıb kənara qoyun.
  • Tərəvəzlər yumşaq olduqdan sonra ocağı söndürüb ,artıq suyunu boşaldıb bir müddət soyumağa qoyun.
  • Qaynadılmış tərəvəzlərə qızardılmış soğanı əlavə edib çəngəl ilə yaxşıca əzin.
  • Sobanı 200 dərəcə qızdırın (əgər varsa, ventilyator rejimi). Saçaqlı pendiri yarım santimetr enində və iki santimetr uzunluğunda düzbucaqlı şəklində doğrayın.
  • Kroket xəmirindən qozdan bir az böyük parçalar götürüb ovucunuzun ortası qədər düzləşdirin. Xəmirin ortasına saçaqlı pendiri qoyub xəmirin kənarlarından pendirin üzərinə qaldıraraq bağlayın. Bu şəkildə hazırladığınız kroketləri yağlı kağız sərilmiş soba qabına düzün.
  • Kroketləri əvvəlcədən isidilmiş sobada 10-15 dəqiqə bişirin.İsti halda servis edin.


NUŞ OLSUN?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz