Azərbaycancaaz
Mir.az » Resept » Ən asan səhər yeməyi: Çörəkdən hazırlanan pizza resepti

Ən asan səhər yeməyi: Çörəkdən hazırlanan pizza resepti

113
asan resept,asan yemək resept,sadə resept
610 calories, 6 grams fat
Ən asan səhər yeməyi: Çörəkdən hazırlanan pizza resepti

Yemək Haqqında:

İtaliya mətbəxindən pizza resepti.
Bayat çörəyi dəyərləndirmək istəyənlər və ya ürəyi pizza istəyib amma xəmir yoğurmaq istəməyənlər üçün əla reseptimiz var. Səhər yeməyinə və ya qəlyanaltı olaraq hazırlayacağınız bu resept inanılmaz dərəcədə asandır. Üzərinə istədiyiniz şeyləri qatıb hazırlaya və zövqlə yeyə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

  • 6 dilim çörək
  • 10 dilim kolbasa
  • 1 acı bibər
  • 1 şirin bibəri
  • 12 dilim holland pendiri
  • 1/2 fincan pomidor sousu
  • 4 xörək qaşığı zeytun yağı

Hazırlanma qaydası:

  • Bir qabda pomidor sousu və zeytun yağını qarışdırın. Çörəkləri sobnın sinisinə qoyun və sousu çörəklərin üzərinə bərabər yayın.
  • Bibər və kolbasa kiçik kublar şəklində doğranır. Çörəyin üzərinə ilk olaraq holland pendiri, üzərinə isə bibər və kolbasa əlavə edin.
  • 200 dərəcə qızdırılmış sobada pendir əriyənə qədər bişirin.
  • Sobadan çıxarın və masaya servis edin. Nuş olsun.


Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz