Sobada Bişən Ləzzət : Tərəvəzli Güvəc Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Təbii ki, qənaətcil şam yeməyinə gedən yol tərəvəzlərdən keçir.Tərəvəz deyəndə, mədənizin çox doymayacağını düşünməyin.Ənənəvi və dadlı yeməklərdən olan güvəcdə kartof da var. Pomidorun suyunda bişmiş tərəvəzləri yeməkdən doymaq olmur.
İçərisinə çoxlu sarımsaq, zeytun yağı və qara bibər də qoymaq lazımdır. Çünki ,sarımsaq tərəvəzlərə fərqli ətir verir və onları daha dadlı edir.Başqa bir sirr tərəvəzləri torpaq güvəclərdə yavaş-yavaş bişirməkdir.
İçinə çoxlu pomidor atın ki, pomidor suyu ilə tərəvəzlər daha dadlı bişsin. Pomidorlarınızın fəsli deyilsə və ya çox sulu deyilsə, içərisinə sunəlavə edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
1 ədəd soğan2 ədəd badımcan
2 ədəd kartof
1 ədəd kabaçki
3 ədəd orta ölçü pomidor
5 diş sarımsaq
1 xörək qaşığı tomat pastası
1/2 stəkan zeytun yağı
1 çay qaşığı qara istiot
1 çay qaşığı duz
2,5 stəkan su
Hazırlanma qaydası:
Badımcanları soyub kub şəklində doğrayın.Acısı çıxsın deyə 15 dəqiqə duzlu suda saxlayıb suyunu süzün.
Kartof, soğan, pomidor və kabaçkini kub şəklində doğrayıb bütün tərəvəzləri bir qaba qoyun.
Su, zeytun yağı,tomat pastası, ədviyyat və sürtkəcdən keçilmiş sarımsağı bir qaba əlavə edib qarışdırın.
Bu qarışığı tərəvəzlərin üzərinə töküb əllərinizlə yaxşıca qarışdırın.
Hazırladığınız tərəvəzləri güvəcə töküb qapağını bağladıqdan sonra əvvəlcədən isidilmiş 170 dərəcə sobada təxminən 40 dəqiqə bişirin.
Bişdikdən sonra sobadan çıxarıb isti halda servis edin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz