Azərbaycancaaz
Mir.az » Resept » Quzu Əti ilə Bol Tərəvəzli : Güvəc Resepti

Quzu Əti ilə Bol Tərəvəzli : Güvəc Resepti

170
asan resept,asan yemək resept,sadə resept
61,5 calories, 6 grams fat
Quzu Əti ilə Bol Tərəvəzli : Güvəc Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bu dəfə sizə qazanda bişən yox güvəcdə bişən yeməklə tanış edəcəm.O yemək ki , yedikdən sonra bütün yeməkləri güvəcdə yemək istəyəcəksiz.
Əsl güvəc gil qazanda bişirilir. Yeməyə ləzzət əlavə etmək üçün bir az quyruq yağı istifadə edilə bilər, lakin güvəc daha sağlıqlı olsun deyə onu kərə yağı ilə əvəz edə bilərsiz. Soba yerinə , qazın üzərində bişirmək üçün yavaş-yavaş , zəif istilikdə bişməsi tövsiyə olunur.

Vitaminlərlə zəngin bir güvəc üçün güvəcdə tərəvəzləri sıra ilə düzmək çox vacibdir. Pişirmə müddəti uzun olan tərəvəzlər və ətlər aşağıya, tez bişən tərəvəzlər isə yuxarıya qoyulur.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

1,5 dəqiqə

Tərkibi:

  • 300 qramquzu əti
  • 2 ədəd soğan
  • 8 diş sarımsaq
  • 2 ədəd badımcan
  • 1 ədəd kartof
  • 2 yaşıl bibər
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı kərə yağı
  • 2 ədəd sürtkəcdən keçilmiş pomidor
  • 3 çay qaşığı kəklikotu
  • 3 çay qaşığı duz
  • 2 çay qaşığı qara istiot
  • 1 stəkan isti su

Hazırlanma qaydası:

Güvəc hazırlamaq üçün əvvəlcə tərəvəzləri hazırlayın.
Badımcanların qabığını ala-ala soyub kub şəklində doğrayın. Dərin bir qaba soyuq su əlavə edib badımcanların acılığını aradan qaldırmaq üçün bir çimdik duzlu suda 15 dəqiqə gözləyin.
Kartofu , bibərləri doğrayıb bir kənara qoyun.
Güvəc qabının dibini zeytun yağı ilə hər tərəfli yağlayın. Kiçik şəkildə doğradığınız kərə yağını, quşbaşı quzu ətini , iri doğranmış soğanı , sarımsağı , badımcanı ,kartof və bibərləri güvəcə əlavə edin.
Pomidor sousu üçün qaba sürtkəcdən keçilmiş pomidor, qaynar su, kəklikotu, duz və istiot töküb qarışdırıb güvəcin üzərinə tökün.
Güvəc qapağını hava keçirməyən şəkildə yağlı kağızla örtün.Əvvəlcədən isidilmiş 180 dərəcə sobanın alt rəfində təxminən 1,5 saat bişirin.
İsti güvəci sobadan çıxarıb,qapağını açdıqdan sonra ilk temperaturun çıxmasını gözləyin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz