Azərbaycancaaz
Mir.az » Resept » Sobada Toyuq Güvəc Resepti

Sobada Toyuq Güvəc Resepti

80
asan resept,asan yemək resept,sadə resept
460 calories, 4 grams fat
Sobada Toyuq Güvəc Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Güvəcdə bişən yeməyi kim istəməz ki ?! Mir.az saytı toyuq güvəcini sizə təqdim edir.Toyuq güvəcinə soğan, sarımsaq, pomidor, kartof, qarox və ədviyyatlar əlavə edib dadlı , yüngül bir yemək hazırlayın. İstəsəniz arzu etdiyiniz ədviyyat və tərəvəzlər də əlavə edib bişirə bilərsiz.
Son toxunuş olaraq holland pendirini sizin öhtənizə buraxdıq.Zövqə görə istifadə edə bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

  • 800 qram toyuq filesi
  • 200 qram kiçik soğan
  • 4 xörək qaşığ zeytun yağı
  • 3 diş sarımsaq
  • 2 ədəd orta ölçülü pomidor
  • 2 ədəd orta ölçülü yaşıl bibər
  • 2 ədəd orta ölçülü kartof
  • 3/4 stəkan qarox
  • 1 çay qaşığı tomat pastası
  • 1 çay qaşığı duz
  • 1/2 çay qaşığı istiot
  • 1/2 çay qaşığı şirin qırmızı bibər tozu
  • 1 çay qaşığı kəklikotu
  • 1 stəkan isti su
  • 1 xörək qaşığı kərə yağı

  • Servis üçün:
  • 1/4 dəstə cəfəri

Hazırlanma qaydası:

Toyuq filesini ,pomidoru,kartofu kiçik kub şəklində ,sarımsağı incə ,bibərləri yarım ay şəklində doğrayın. Kiçik soğanların isə qabığını soyub bütöv saxlayın.
Zeytun yağını tavada qızdırıb soğan və sarımsağı əlavə edin qızardın.
Üzərinə toyuq filesi və yaşıl bibəri əlavə edib yüngül rəng alana qədər yüksək odda bişirin. Ardı ilə pomidoru və tomat pastasını əlavə edib suyunu çəkənə qədər bişirin.
Kartof və qaroxu da əlavə etdikdən sonra kəklikotundan başqa bütün ədviyyatları və qaynar su əlavə edib ağzı bağlı qapalı bir şəkildə 10 dəqiqə aşağı istilikdə bişirin.
Bir porsiyaya və ya böyük güvəc qabına qoyduğunuz qarışığın üzərinə kəklikotu səpib kiçik kublara kəsilmiş yağ qoyun.
Əvvəlcədən 200 dərəcədə isidilmiş sobada 30-35 dəqiqə bişirdiyiniz toyuq güvəcini cəfəri ilə bəzəyib isti şəkildə servis edin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz