Azərbaycancaaz
Mir.az » Resept » Ləzzətini Güvəcdən Alır: Toyuqlu Tərəvəzli Güvəc Resepti

Ləzzətini Güvəcdən Alır: Toyuqlu Tərəvəzli Güvəc Resepti

233
asan resept,asan yemək resept,sadə resept
640 calories, 6 grams fat
Ləzzətini Güvəcdən Alır: Toyuqlu Tərəvəzli Güvəc Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bu resept bir başqa …Güvəcdə mükəmməl bişmiş tərəvəzlər və ağız sulandıran toyuqlar ilə damaqları şənləndirən ləzzət.Mövsümə uyğun olaraq yayda və qışda bişirə biləcəyiniz bu yeməyin içinə istədiyiniz tərəvəzi qoya bilərsiniz. Mir.az sizi sobada öz suyu ilə yavaş-yavaş bişmiş ,tərəvəzlərin dadının toyuğa keçdiyi toyuq və tərəvəz güvəc reseptini təqdim edir.
Vaxt itirmədən sınamağı tövsiyə edirik. İndidən uğurlar.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 3 xörək qaşığı maye yağ
  • 400 qram toyuq filesi (kub formada doğranmış)
  • 1 ovuc balaca soğan
  • 2 ədəd kök
  • 1 ədəd qırmızı bibər
  • 1 ədəd sarı bibər
  • 1 ədəd yaşıl bibər
  • 1 ədəd qabaq
  • 2 ədəd doğranmış pomidor
  • 3 diş sarımsaq
  • 1 stəkan tomatlı su
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Tavaya yağ əlavə edib toyuqları qovurun.
Bütün tərəvəzləri bərabər ölçüdə kub formasında doğrayın.
Güvəcə qızardılmış toyuq və tərəvəzləri qat-qat düzün. Duz, istiot, yağ və tomatlı suyu əlavə edin və ağzını perqament kağızı ilə örtün.Əvvəlcədən isidilmiş 200 dərəcə sobada 40 dəqiqə bişirin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz