Azərbaycancaaz
Mir.az » Resept » Axşama Ziyafət Var: Kartoflu Qiymə Kababı Resepti

Axşama Ziyafət Var: Kartoflu Qiymə Kababı Resepti

30
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Axşama Ziyafət Var: Kartoflu Qiymə Kababı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Hər zaman bişirdiyiniz yeməklərdən başqa nahar üçün fərqli və asan yemək bişirmək istəyirsinizsə, Mir.az’ın sizin üçün dadlı resepti var! Kartof və kotletin harmoniyasından ilhamlanan bu resept asanlıqla sobada hazırlanır və bişirilir!
Bol tərəvəzli kotlet və qızardılmış yuvarlaq kartof dilimləri şam yeməyinizi ziyafətə çevirəcək. Yanında plov bişirməklə doyurucu bir şam yeməyi hazırlaya və ya daha yüngül bir şam yeməyi üçün ayranla servis edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

Kotlet üçün:
1 ədəd pomidor
1 ədəd soğan
2 diş sarımsaq
1 ədəd uzun bibər
1 ədəd qırmızı bibər
500 qram orta yağlı mal əti qiyməsi
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı üyüdülmüş qırmızı bibər
1 çay qaşığı kəklikotu
1 xörək qaşığı maye yağ

Üzəri üçün:
2 ədəd kartof (yuvarlaq formada doğranmış ,qızarmış)
3 ədəd uzun bibər
1 ədəd pomidor

Hazırlanma qaydası:

Kotlet üçün pomidor, soğan, sarımsaq, yaşıl və qırmızı bibəri yuyub qida prosessorundan keçirin.
Bir qaba çəkilmiş tərəvəzləri, qiymə,duz, istiot, üyüdülmüş qırmızı bibər tozu,kəklikotu və bitki yağı əlavə edib qarışdırın və yoğurun.
Yoğrulan qiyməni yağlanmış yuvarlaq soba nimçəsinə yayıb əvvəlcədən yuvarlaq formada doğranıb qızardılmış kartofları nimçənin kənarlarına düzün.Pomidorları və bibəri isə ortasına düzüb 190 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Sobadan çıxartdıqdan sonra kartoflu nimçə kababını isti-isti süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz