Azərbaycancaaz
Mir.az » Resept » Pəhrizdə Olanlar Üçün Az Kalorili Paytaxt Salatı Resepti

Pəhrizdə Olanlar Üçün Az Kalorili Paytaxt Salatı Resepti

87
asan resept,asan yemək resept,sadə resept
520 calories, 5 grams fat
Pəhrizdə Olanlar Üçün Az Kalorili Paytaxt Salatı Resepti

Yemək Haqqında:

Rusiya mətbəxindən Salat resepti.
Paytaxt” salatı uşaqlıq illərimizin və bayram süfrələrinin əvəzolunmaz salatıdır. Ancaq 21-ci əsrdə sağlam menyu tərtib edib pəhriz saxlayanlar bu ləziz daddan məhrum qalırlar. Bu reseptlə hazırlanan salat klassik reseptə görə daha az kalori ehtiva edir. Ənənəvi salata əla alternativ olan salatın 100 qramı 82 kaloridir. Mir.az pəhrizdə olanlar üçün azkalorili salatın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

35 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

200 qram toyuq filesi
1 ədəd kartof
1 ədəd yerkökü
1 ədəd təzə xiyar
1 ədəd turşu xiyar
3 ədəd yumurta
100 qr konservləşdirilmiş yaşıl noxud
60 qram yumşaq kəsmik
10 qram xardal
10 qram limon suyu

Hazırlanma qaydası:

Toyuq filesini suda bişirin. Başqa bir qazanda yumurta, kartof və yerkökünü də bişənə qədər qaynadın. İki yumurtanın sarısını kənara ayırın. Bişmiş kartof, yerkökü , toyuq filesi və yumurtanı kiçik kub formasında doğrayın.
Sousunu hazırlamaq üçün başqa bir qabda kənara ayırdığınız yumurta sarısını əzin. Üzərinə yumşaq kəsmiyi, xardal və limon suyunu əlavə edib yaxşıca qarışdırın. Salatı hazırlayacağınız dərin bir qaba doğranmış toyuq filesi, kartof, yerkökü, yumurta, təzə xiyar, turşu xiyar, konservləşdirilmiş yaşıl noxud və hazırladığınız sousu töküb qarışdırın. Zövqə görə duz əlavə edib süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz