Azərbaycancaaz
Mir.az » Resept » Yeni İl Süfrəsinə Yaraşacaq :Çələng Formalı Salat Resepti

Yeni İl Süfrəsinə Yaraşacaq :Çələng Formalı Salat Resepti

28
asan resept,asan yemək resept,sadə resept
10 calories, 10 grams fat
Yeni İl Süfrəsinə Yaraşacaq :Çələng Formalı Salat Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Salat resepti.
Yeni il süfrəsi üçün görünüşüylə bayram atmosferi yaradacaq ləziz salat hazırlamağa nə deyirsiz ? O halda çələng formasında salat sizin üçün ideal seçimdir.
Dadına , görünüşünə qonaqlarınız heyran qalacaq. Dadı damaqlarda qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

35 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

  • 250 qram kartof
  • 150 qram yerkökü
  • 3 ədəd yumurta
  • 150 qram qoz ləpəsi
  • 200 qram pendir
  • 250 qram toyuq filesi
  • 1 dəstə şüyüd
  • 2-3 ədəd çerri pomidor

  • Üzəri üçün:
  • Nar dənəsi
  • Şüyüd

Hazırlanma qaydası:

İlk öncə kartof, yerkökü və yumurtanı suda bişirib ,qabığını soyub sürtgəcdən keçirin.
Toyuq filesini duzlu suda bişirib xırda-xırda doğrayın.
Pendiri sürtgəcdən keçirin.
Qoz ləpəsini bıçaqla xırdalayın.
Salatı hazırlamaq üçün ilk növbədə düz bir qabın orta hissəsinə bir stəkan yerləşdirin və onun ətrafına hazırladıqladığınız inqrediyentləri düzün. Birinci qata kartof,ikinci qata toyuq filesini düzüb, üzərinə qoz ləpəsini bərabər şəkildə yayıb mayonezləyin. Daha sonra sürtgəcdən keçirilmiş pendiri də səpib qaşıq ilə alt təbəqələrə bir dairə halına gətirərək basın. Ardı ilə sürtgəcdən keçirilmiş yerkökünü yayıb mayonezləyin. Ən son qata da sürtgəcdən keçirilmiş yumurtanı səpin və çələng şəklini saxlaması üçün dairəni qaşıqla basın. Salatın orta hissəsində olan stəkanı ehtiyyatla çıxarıb xaricdən və içəri hissəsindən nazik bir mayonez qatı ilə mayonezləyin.
İlk öncə xırda doğranmış şüyüd səpin.
Salatı qalan şüyüd budaqları, çerri pomidorları, nar dənələri və qar dənəcikləri formasında kəsilmiş pendirlərlə ilə bəzəyib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz