Azərbaycancaaz
Mir.az » Resept » Ziyafət Süfrələrinizə Çox Yaraşacaq : Düyü Salatı Resepti

Ziyafət Süfrələrinizə Çox Yaraşacaq : Düyü Salatı Resepti

332
asan resept,asan yemək resept,sadə resept
415 calories, 4 grams fat
Ziyafət Süfrələrinizə Çox Yaraşacaq : Düyü Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Düyü salatları bir çox ölkədə populyar bir qəlyanaltıdır. Bu dadlı salat ziyafət süfrəsi üçün də uyğundur. Düyü salatı ikinci yeməyi tamamilə əvəz edə biləcək bir yemək növüdür. Mir.az dadlı və doyurucu düyü salatının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

300 qram toyuq filesi
4 ədəd yumurta
300 qram konservləşdirilmiş qarğıdalı
2 ədəd təzə xiyar
1/2 stəkan uzun düyü
Yarım dəstə şüyüd
3 xörək qaşığı mayonez
2 xörək qaşığı xama
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Hazırlanma qaydası:

Toyuq filesini və yumurtanı suda bişirin.
Düyünü duz əlavə olunmuş suda qaynadıb süzün və soyuması üçün kənara qoyun.
Bişib soyuyan fileni didin, xiyar və yumurtanı kub formasında , şüyüdü isə xırda-xırda doğrayın. Bütün ərzaqları bir qaba əlavə edib üzərinə mayonez, xama, duz və istiot töküb qarışdırın.
Salatı istər porsiyon olaraq istərsə də servis boşqabına qoyub süfrəyə verə bilərsiniz


NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz