Azərbaycanın Milli Şirniyyatlarından Ən Dadlısı - İrəvan Kətəsi Respti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Hazırda Ermənistan paytaxtı olan Erevan şəhəri Azərbaycan türklərinə məxsus tarixi ərazi olub. İrəvan sözünün mənası "ir" yəni "ər" və ya "kişi", "avan" sözü isə "ölkə", "yer" kimi tərcümə olunur. Bütövlükdə İrəvan "ərlər ölkəsi " anlamını daşıyır. Məhz bu variant dünya alimləri tərəfindən qəbul edilib. Ermənilər isə, əsassız şəkildə Erivan sözünü NUH peyğəmbərin adı ilə bağlayır və Erivan toponiminin onlara xas olduğunu iddia edirlər. İrəvan daim öz zəngin mədəniyyəti, təbiəti, mətbəxi ilə diqqət mərkəzində olub.
Bugün tarixi bölgəmizə məxsus kətə hazırlayacağıq. İrəvan kətəsi uşaqlıqdan hər birimizin kətə kimi tanıdığımız və sevdiyimiz şirniyyat növüdür.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
35 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
700 qr un200 qr kərə yağı
200 qr xama
1 çay qaşığı soda
1 çay qaşığı sirkə
İçlik üçün:
300 qr un
200 qr şəkər tozu
100 qr kərə yağı
vanil
Üzərinə vurmaq üçün:
1 ədəd yumurta
Hazırlanma qaydası:
Xəmiri hazırlaçaq üçün ilk öncə bir qabda un və yağı qarışdırıb umac hazırlayın. Üzərinə xama və sirkədə söndürülmüş soda əlavə edib yumuşaq xəmir yoğurun. Xəmiri kənara qoyub içliyi hazırlayın.
İçliyi hazırlamaq üçün eyni qaydada umac hazırlayıb, üzərinə şəkər tozu və vanil əlavə edib qarışdırın. Xəmiri kündələrə ayırıb, oxlovla yayın və içərisinə içlik səpib bükün. Ziqzaqlı bıçaqla istədiyiniz formada kəsin. Kətələri yağlı kağız sərilmiş soba sinisinə düzün. Üzərinə yumurta yaxıb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Şərhlər 0
Şərh Yaz