Qax Mətbəxindən : Quşbara Fındıq Girs Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Qax mətbəxi Azərbaycan kulinariyasında öz dadı ilə seçilən mətbəxdir. Bu rayonun ərazisi qoz-fındıq ilə zəngin olduğu üçün şirniyyatların hazırlanmasında bol-bol istifadə olunur.
Qax mətbəxinin ləziz şirniyyatlarından biri də fındıq girsi və ya fındıq çörəyi adıyla tanınan QUŞBARADIR. Siz hələ də dadına baxmamısınızsa , hazırlayıb damağınızdan getməyən dad buraxa bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
15 nəfərlikHAZIRLIQ VAXTI
25 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
Xəmiri üçün:0,5 kq buğda unu
250 qr ilıq süd
100 qr duru yağ
2 ədəd yumurta
1 çay qaşığı sarıkök
1 çay qaşığı duz
İçliyi üçün:
0,5 kq fındıq ləpəsi
300 qr şəkər tozu
1 paket vanil
1 çay qaşığı keşniş toxumu
1 çay qaşığı şüyüd toxumu
1 stəkan su
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün unun üzərinə duz, duru yağ, yumurta, sarıkök və ilıq süd əlavə edib bərk xəmir yoğurun.
İçliyi hazırlamaq üçün bir qabda çəkilmiş fındıq ləpəsinin (qovrulmamış) üzərinə şəkər tozu, vanil əlavə edib qarışdırın. İçliyə bir az isti su əlavə edin (içlik dağılmasın deyə). Ən sonda içliyə üyüdülmüş şüyüd və keşniş toxumu əlavə edib qarışdırın. Xəmiri 3 ədəd kündələyib unlanmış dəzgahda 5-6 mm qalınlığında yuxa yayın. Stəkanın ağız hissəsiylə vəya dairəvi peçenye kəsənlə dairələr kəsin. Hər dairəni şəkərbura kimi içliklə doldurub kənarlarını girs və ya şəkərbura kimi bükün. Bükülən girslərin üzərindən çəngəllə deşin. Bu qaydayla qalan xəmirləri də hazırlayın.
Bükülən girsləri bol yağda qızardıb süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz