Azərbaycancaaz
Mir.az » Resept » Ballı Rus Tortu : Medovik Resepti

Ballı Rus Tortu : Medovik Resepti

125
asan resept,asan yemək resept,sadə resept
1530 calories, 15 grams fat
Ballı Rus Tortu : Medovik Resepti

Yemək Haqqında:

Rusiya mətbəxindən Şirniyyat resepti.
Hər bir xalqın özünəməxsus mətbəxi və milli şirniyyatı , yeməyi var. Hətta elə yeməklər,şirniyyatlar var ki, adı çəkildikdə mütləq onun hansı ölkəyə, xalqa məxsus olduğu yada düşür. Mir.az saytı ən çox ruslar tərəfindən hazırlanan ballı tortun (Medovik) hazırlanma qaydasını təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

15 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 4 ədəd yumurta
  • 1,5 stəkan şəkər tozu
  • 2 xörək qaşığı bal
  • 150 qram kərə yağı
  • 1 çay qaşığı soda
  • 1 çay qaşığı sirkə ( üzüm və ya alma )
  • 1/2 paket vanil
  • 1 çimdik duz
  • 3 st un

  • Krem üçün:
  • 1,5 stəkan şəkər tozu
  • 1 ədəd yumurta
  • 4 xörək qaşığı un
  • 2 stəkan süd
  • 1 paket vanil
  • 400 qram kərə yağı

Hazırlanma qaydası:

Tunc qaba və ya qazana yumurta və şəkər tozunu əlavə edib çalın. Üzərinə yumşalmış kərə yağı ,bal, 1 çimdik duz əlavə edib qarışdırdıqdan sonra qazın üstündə vam odda və ya su buxarında 5-10 dəqiqə şəkər tozu əriyənə qədər (ağarıb uzanana qədər) qarışdırın. Qarışığı götürən kimi üstünə sodanı 1 çay qaşığı sirkədə açıb qaba əlavə edib qarışdırın. Sonra vanil və unu da ələyib əlavə edib xəmir edin. Xəmir nə bərk,nə də çox yumşaq olmamalıdır. (Əgər xəmir aparsa 3 stəkandan biraz çox da un tökə bilərsiniz). 6 kündə edib diametri 28 sm yayın. Soba qabını yapışmaması üçün yağlayıb un səpdikdən sonra yaydığınız xəmiri ehtiyatla soba qabına qoyun. 180 dərəcədə qızdırılmış sobada 8-10 dəqiqə üzəri qızarana qədər bişirin.6 ədəd lay alınacaq.Hamısı bişdikdən sonra mətbəx fırçası ilə ununu təmizləyib soyuması üçün kənara qoyun.
Kremi hazırlamaq üçün şəkər tozu , süd , un , yumurta və vanili qazana töküb qaynayana qədər bişirin. Bişdikdən sonra soyuması üçün soyuducuya qoyun. Soyuduqdan sonra içinə kərə yağını əlavə edib mikserin köməyi ilə krem halına gələnə qədər çalın.
Laylar soyuduqdan sonra eyni ölçülü olmaları üçün kənarlarını kəsib, üst-üstə qoyub hər birini kremləyin. Sonda kənarlarından çıxan artıqları əzib üzərinə və tortun qırağına səpin.
3-4 saat sonra dilimləyib servis edə bilərsiz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz