Azərbaycancaaz
Mir.az » Resept » Ev Şəraitində Toyuq Kolbasası Resepti

Ev Şəraitində Toyuq Kolbasası Resepti

34
asan resept,asan yemək resept,sadə resept
8 calories, 8 grams fat
Ev Şəraitində Toyuq Kolbasası Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Qəlyanaltı resepti.
Yalnız təbii məhsullardan istifadə edərək, hətta balaca uşaqlara rahatlıqla verə biləcəyiniz evdə kolbasa hazırlamaq olar. Ev şəraitində heç bir konservant və digər zərərli əlavələri olmadan hazırlanan kolbasa uşaqların qidalanması və ailə üçün idealdır.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

40 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

  • 1 bütöv toyuq
  • 1 ədəd yerkökü
  • 1 ədəd soğan
  • 10 dənə yumru istiot
  • 4 diş sarımsaq
  • 10 qr jelatin
  • 1 xörək qaşıq çuğundur şirəsi
  • 1 çay duz
  • 1 çay qaşığı acı bibər tozu
  • 1 çay qaşığı istiot
  • 1 ədəd dəfnə yarpağı

Hazırlanma qaydası:

Bütöv toyuğu qazana yerləşdirib orta odda qaynamağa qoyun. Toyuğun bişməyinə 20-30 dəqiqə qalmış içərisinə qabığı soyulmuş yerkökü, soğan, dənə istiot , dəfnə yarpağı və duz əlavə edib yerkökü yumşalanadək bişirin. Bişən toyuğu bulyonundan çıxarıb sümüklərindən və dərisindən ayırıb didin.
Hazır süzülmüş bulyondan 120 ml götürüb üzərinə jelatin töküb qarışdırın.
Çuğundur şirəsi üçün çuğunduru sürtgəcdən keçirib təmiz tənzif arasında sıxaraq şirəsini çıxarın. Bir qaba və ya blenderin qabına didilmiş toyuq əti, duz, istiot, acı bibər tozu, sarımsaq və çuğundur şirəsini də əlavə edib blenderlə yaxşıca qarışdırın. Hazır kütləni yuyulmuş təmiz “coca-cola” plastik şüşəsinə hava qalmayacaq şəkildə doldurub 12 saatlıq soyuducuya yerləşdirin.
Vaxt tamam olduqdan sonra ev şəraitində təbii kolbasanızı dilimləyib süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz