Azərbaycancaaz
Mir.az » Resept » Tez və Asan Hazırlanan Malibu Salatı

Tez və Asan Hazırlanan Malibu Salatı

24
asan resept,asan yemək resept,sadə resept
2 calories, 2 grams fat
Tez və Asan Hazırlanan Malibu Salatı

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Evə gələn çağırılmamış qonaq üçün qısa müddətdə ləzzətli salat hazırlaya bilərsiniz. Mir.az çox sadə, hazırlanması çox vaxt aparmayan yüngül və dadlı “Malibu” salatının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

1 dəstə kahı yarpaqları
2 ədəd xiyar
200 qram çerri pomidoru
100 qram pendir
200 qram hisə verilmiş toyuq filesi (və ya qızardılmış,qaynadılmış)
2 xörək qaşığı mayonez
Yarım çay qaşığı duz
Yarım çay qaşığı istiot
50 qram suxari

Hazırlanma qaydası:

İlk öncə kahı yarpaqlarını yuyun. Xiyarların qabığını soyub doğrayın. Pomidorları da 2-3 hissəyə bölün. Pendiri kub şəklində doğrayın.
Salatı qarışdıracağınız bir qaba kahı yarpaqlarını, doğranmış xiyar, pomidor və pendiri tökün. Üzərinə hisə verilmiş toyuq filesini, mayonez,duz və istiot töküb qarışdırın. Salatın üzərinə suxariləri töküb servis edə bilərsiz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz